Vakansiya haqqında
Biz avtomobil nömrələrinin tanınması, parklanmanın avtomatlaşdırılması və ödəniş
sistemləri sahəsində öz texnoloji həllərini hazırlayan şirkətik. Müştərilərimizə ticarət mərkəzləri, yaşayış
kompleksləri, otellər, biznes mərkəzləri, parkinqlər və iri şirkətlər daxildir.
Əsas vəzifə
Azərbaycan bazarında satışların inkişaf etdirilməsi: yeni müştərilərin axtarışı,
görüşlərin təşkili, şirkətin həllərinin təqdimatı, danışıqların aparılması və müqavilənin imzalanmasına qədər satış
prosesinin idarə olunması.
Vəzifə öhdəlikləri:
Yeni potensial müştərilərin müstəqil şəkildə axtarılması;
Şirkətin həllərinin tətbiqi üçün uyğun obyektlərin və müştərilərin
müəyyənləşdirilməsi;
Qərar qəbul edən şəxslərlə əlaqənin
yaradılması;
Soyuq zənglərin həyata keçirilməsi və yeni əlaqələrin
qurulması;
Görüşlərin təşkili və müştərilərlə şəxsi görüşlərin
keçirilməsi;
Ticarət mərkəzləri, yaşayış kompleksləri, otellər, biznes
mərkəzləri, parkinqlər və digər kommersiya obyektlərinə səfərlərin həyata keçirilməsi;
Şirkətin məhsul və həllərinin təqdim edilməsi;
Müştərinin ehtiyaclarının müəyyənləşdirilməsi;
Texniki komanda ilə birlikdə müştəriyə uyğun həllin hazırlanması;
Danışıqların aparılması və kommersiya şərtlərinin razılaşdırılması;
Müqavilə imzalanana qədər satış prosesinin bütün mərhələlərinə nəzarət;
Müqavilə imzalandıqdan sonra müştəri və layihə haqqında bütün lazımi məlumatların sonrakı icra
üçün Project Manager-ə təhvil verilməsi;
Öz satış portfelinin idarə
olunması;
Müəyyən edilmiş KPI və satış planlarının yerinə
yetirilməsi.
Tələblər:
B2B Satış sahəsində ən azı 1 il iş təcrübəsinə malik olmalıdır;
Bakı şəhərini və yerli bazarı yaxşı tanımalıdır;
Potensial korporativ müştərilərin harada və necə axtarılacağını
bilməlidir;
Yeni satış imkanlarını müstəqil şəkildə müəyyən edə
bilməlidir;
Soyuq zənglər etməkdən çəkinməməlidir;
Yeni şirkətlərə müraciət etməkdən və ilk əlaqəni yaratmaqdan
çəkinməməlidir;
İşgüzar görüşlər təşkil etməyi və keçirməyi
bacarmalıdır;
Səlis, düzgün və inandırıcı nitqə sahib
olmalıdır;
Təqdimat bacarığı və peşəkar görünüşə malik
olmalıdır;
Müştərini inandırmağı və öz mövqeyini əsaslandırmağı
bacarmalıdır;
Yüksək kommunikasiya bacarıqlarına sahib
olmalıdır;
Aktiv, təşəbbüskar və nəticəyönümlü
olmalıdır;
İşini müstəqil şəkildə planlaşdırmağı
bacarmalıdır;
KPI sistemi ilə işləməyə hazır
olmalıdır.
Şəxsi avtomobilin olması (üstünlük hesab
olununacaq)
Aərbaycan dilində səlis danışıq (Rus və İngilis dillərini
bilmək üstünlük hesab olununacaq)
Biz nə təklif edirik?
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Əməkhaqqı: 600 AZN(NET) + satış bonusları; Uğurlu satış nəticələrinə əsasən minimal aylıq
gəlir 1.200 AZN, daha yüksək qazanc əldə etmək imkanı mövcuddur.
İş
nəticələrinə uyğun olaraq gəliri artırmaq imkanı;
İşgüzar ünsiyyət üçün
korporativ mobil nömrə təqdim olunur.
Müştərilərlə görüşlər və işgüzar
səfərlər üçün korporativ taksidən istifadə imkanı;
Stabil iş mühiti və
peşəkar inkişaf imkanları
İş şəraiti
İş qrafiki: Həftəiçi 5 iş günü
İş saatı:
10:00 – 19:00
İş yeri: Nərimanov r. Əhməd Rəcəbli küç.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
