Vakansiya haqqında
Hotellər şəbəkəsi satış menecerləri və SMM əməkdaşlarından ibarət 10 nəfərlik komandaya
rəhbərlik edəcək, marketinq və satış fəaliyyətini kompleks idarə edə bilən, təşəbbüskar və nəticəyönümlü mütəxəssis
axtarır.
Vəzifə öhdəlikləri:
Satış və SMM komandasının işini planlaşdırmaq, tapşırıqların icrasına və nəticələrə
nəzarət etmək.
Müştəri zənglərinin və sosial şəbəkə mesajlarının
cavablandırılmasını yoxlamaq, satış keyfiyyətini artırmaq.
Əməkdaşlara
satış təlimləri keçmək, hədəflər müəyyənləşdirmək və performanslarını qiymətləndirmək.
Reklam kampaniyalarını, marketinq büdcəsini və məzmun hazırlanmasını idarə
etmək.
Bazar və rəqibləri təhlil etmək, yeni müştərilər və tərəfdaşlar
cəlb etmək.
Müştəri bazasını və təkrar əlaqələri nəzarətdə
saxlamaq.
Gündəlik, həftəlik və aylıq hesabatları rəhbərliyə təqdim
etmək.
Ehtiyac yarandıqda yeni əməkdaşların seçilməsini, əvəzlənməsini və
işə uyğunlaşdırılmasını təşkil etmək.
Namizədə tələblər:
Marketinq və satış sahəsində minimum 3 il iş təcrübəsi, o cümlədən ən azı 1 il baş
mütəxəssis və ya rəhbər vəzifədə təcrübə.
Komanda idarəetməsi, iş
bölgüsü, təlim və nəticələrə nəzarət bacarığı.
Meta Ads və TikTok Ads
üzrə praktik təcrübə; əvvəlki kampaniyalardan ölçülə bilən real nəticələr təqdim etmək
bacarığı.
Marketinq strategiyası, büdcə planlaması, bazar və rəqib
analizi üzrə biliklər.
Satış və reklam göstəricilərini, müştəri cəlbetmə
xərcini və reklam gəlirliliyini təhlil etmək bacarığı.
CRM sistemləri ilə
işləmək və müştərilərlə əlaqə prosesini sistemli təşkil etmək bacarığı.
Güclü təqdimat, kommersiya təklifi hazırlama və danışıqlar aparma
bacarığı.
Dizayn proqramlarından istifadə və vizual materiallar
hazırlamaq bacarığı.
Video montaj proqramları və video hazırlanması
prosesi haqqında anlayış.
Süni intellekt alətlərindən istifadə, effektiv
promptlar yazmaq və süni intellekt vasitəsilə videolar hazırlamaq bacarığı.
Ofis proqramlarında, xüsusilə *Excel və PowerPoint-də*, hesabatlar, cədvəllər və təqdimatlar
hazırlamaq bacarığı.
Azərbaycan dilində səlis yazılı və şifahi
ünsiyyət.
Yüksək analitik düşüncə, operativ qərarvermə, təşkilatçılıq və
problem həll etmə bacarığı.
İnkişafa və yenilikləri öyrənməyə meyilli
olmaq, müxtəlif istiqamətlərdə paralel işləmək və nəticələrə görə məsuliyyət daşımaq.
Əməkhaqqı: 1 000–1 200 AZN + satışdan bonus.
CV və portfolionuzuMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində
“Marketinq və satış direktoru” qeyd etməklə göndərin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
