Vakansiya haqqında
Təsvir
Açıq vakansiyalar üzrə namizədlərin müxtəlif işə qəbul platformaları vasitəsilə
axtarışını və seçimini həyata keçirmək;
Daxil olan CV-ləri təhlil etmək,
uyğun namizədləri müəyyənləşdirmək və ilkin seçim prosesini aparmaq;
Namizədlərlə müsahibələri təşkil etmək, müsahibələrdə iştirak etmək və qiymətləndirmə
prosesini həyata keçirmək;
Struktur bölmə rəhbərləri ilə əməkdaşlıq
edərək vakansiyalar üzrə namizəd ehtiyaclarını müəyyənləşdirmək;
Namizədlərin peşəkar bilik, bacarıq və səriştələrini müvafiq qiymətləndirmə üsulları ilə
dəyərləndirmək;
Seçilmiş namizədlər üzrə iş təkliflərini hazırlamaq və
işə qəbuldan əvvəlki prosedurları koordinasiya etmək;
İşə qəbul
proseslərinə dair məlumatların sistematik qeydiyyatını aparmaq və müvafiq hesabatları
hazırlamaq;
İşə qəbul proseslərinin təkmilləşdirilməsi və namizəd
bazasının genişləndirilməsi istiqamətində fəaliyyət göstərmək.
Tələblər
Ali təhsil (İnsan resursları, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya digər
uyğun ixtisaslar üzrə);
İşə qəbul sahəsində minimum 2 il iş
təcrübəsi;
İngilis dili – yaxşı, rus dili – səlis
səviyyədə;
Namizədlərin axtarışı, seçimi və müsahibələrin aparılması üzrə
praktiki bilik və bacarıqlar;
LinkedIn və digər işə qəbul
platformalarından istifadə bacarığı;
MS Office proqramlarında sərbəst
işləmə bacarığı;
HRM/ERP sistemləri (1C, SAP, Oracle və s.) ilə iş
təcrübəsi üstünlükdür;
Əmək qanunvericiliyinin işə qəbul prosesləri ilə
bağlı əsas müddəaları üzrə biliklər;
Güclü kommunikasiya, analitik
düşünmə, təşkilatçılıq və komanda ilə işləmə bacarıqları
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar təminatı
Rəqabətli əmək
haqqı;
Təlimlər
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
