Vakansiya haqqında
Təsvir
FINCA AzerbaijanQeyri-Bank Kredit Təşkilatı Kürdəmir filialı
üçün Filial Kredit Satışı İşçisivəzifəsinə vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri
Müştərilərlə yerində görüşlər təşkil edərək onların fəaliyyətini və maliyyə
ehtiyaclarını qiymətləndirmək, uyğun kredit məhsullarını təqdim etmək
Müştərinin maliyyə və kredit qabiliyyətini təhlil etmək məqsədilə gəlir, xərc və biznes
dövriyyəsi üzrə məlumatların toplanması və analizini həyata keçirmək
Müştərinin biznes və sosial məlumatlarını təhlil edərək fəaliyyətinin real mövcudluğunu və
kreditin məqsədəuyğunluğunu qiymətləndirmək
Uyğunluq meyarlarına cavab
verən müştərilər üzrə kredit ərizələrinin təqdim edilməsi, doldurulmasına nəzarət və əsas bank sisteminə daxil
edilməsi
Müştəri məlumatlarının (əlaqə, biznes və sosial məlumatlar)
tamlığı və düzgünlüyünün təmin edilməsi, məlumatların toplanması, yoxlanılması və sistemə daxil
edilməsi
Səlahiyyət və funksional fəaliyyət çərçivəsindən kənara çıxan
müştəri sorğularını qüvvədə olan siyasət və prosedurlara uyğun olaraq aidiyyəti bölmələrə
yönləndirmək
Satış hədəflərinə nail olmaq, müştəri portfelini
genişləndirmək və ərazi üzrə kredit satışlarının artırılmasına yönəlik aktiv fəaliyyət göstərm
Səlahiyyət və funksional fəaliyyət çərçivəsindən kənara çıxan müştəri sorğularını qüvvədə olan
siyasət və prosedurlara uyğun olaraq aidiyyəti bölmələrə yönləndirmək
Kredit məhsulunun verilmə məqsədini və müştərinin biznes/təsərrüfat ehtiyaclarına uyğunluğunu
qiymətləndirmək
Müştərinin kredit tarixçəsini Kredit Bürosu, kredit
reyestri və daxili sistemlər üzrə yoxlamaq, nəticələri sistemə daxil etmək və kredit risklərini təhlil
etmək
Zamin tələb olunan hallarda zaminin maliyyə vəziyyətini və
öhdəlikləri yerinə yetirmə qabiliyyətini qiymətləndirmək, riskli hallarda prosesi dayandıraraq rəhbərliyi
məlumatlandırmaq
Kredit sənədlərinin tamlığını yoxlamaq və kredit
paketinin düzgün formalaşdırılmasını təmin etmək
Təsdiq olunmuş kreditlər
üzrə müştəriləri məlumatlandırmaq və növbəti mərhələləri izah etmək
Kredit verildikdən sonra müştərinin fəaliyyətinin monitorinqində iştirak etmək və kreditin
məqsədli istifadəsini yoxlamaq
Müştəri sorğularını operativ
cavablandırmaq və yüksək xidmət keyfiyyətini təmin etmək
Tələblər
Təhsil:Alivə ya Kollec
təhsili;
Təcrübə:Bank, bank olmayan kredit təşkilatı və
ya lizinq şirkətlərində mikro və biznes kreditləri sahəsində minimum 1 ilədək iş təcrübəsi;
Dil bilikləri:Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət
bacarığı;
Kompüter bacarıqları: MS Office proqramlarıda
sərbəst işləmək bacarığı;
Sürücülük vəsiqəsi olan namizədlərə üstünlük
verilir;
Birbaşa müştəri cəlbi və kredit satışı üzrə praktiki
təcrübə;
Müştərinin gəlir və xərclərini qiymətləndirmək
bacarığı;
Müştəri ehtiyaclarını müəyyən etmək və uyğun həll etmək
bacarığı;
Kredit məhsulları, kredit siyasəti və kreditləşmə prosedurları
üzrə prosedurları üzrə biliklər;
Güclü satış, təqdimat və danışıqlar
aparmaq bacarığı
Analitik düşünmə və problem həlletmə
bacarığı;
Komandada işləmək və təşəbbüskarlıq
bacarığı;
Planlaşdırma, təşkilatçılıq və hesabatlılıq
bacarığı.
Qeyd: sabit əmək haqqı+aylıq hədəflərə əsaslanan bonus sistemi
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Tibbi Sığorta (işçini əhatə edən)
Yanacaq
və Amortizasiya xərcləri
Bonus sistemi;
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
