Vakansiya haqqında
Struktur bölmə:İnsan resursları şöbəsi
Tabeçilik:Şöbə müdiri
İşin təsviri
Cəmiyyətin daxili qaydalarını, siyasət və prosedurlarını əmək qanunvericiliyinə
uyğun hazırlamaq, nəzərdən keçirmək və yeniləmək.
Struktur bölmə
rəhbərlərinə insan resurslarının idarə edilməsi məsələləri üzrə məsləhət vermək və biznes ehtiyaclarına uyğun həllər
təklif etmək.
Biznes proseslərini, iş yerlərini və iş yükünü təhlil
etmək, iş bölgüsü və resurs ehtiyacları üzrə əsaslandırılmış təkliflər hazırlamaq.
İT mühəndislik və satış istiqamətləri üzrə təşkilati strukturu təhlil etmək, strukturun
optimallaşdırılması üzrə təkliflər hazırlamaq.
Vəzifə təlimatlarını
hazırlamaq və yeniləmək, ştat cədvəlinin formalaşdırılmasında və işçi qüvvəsinin planlaşdırılmasında iştirak
etmək.
Kritik vəzifələri müəyyənləşdirmək, varislik planını (Succession
Planning) hazırlamaq və potensial varislərin inkişafını təşkil etmək.
Təlim ehtiyaclarının təhlilini (Training Needs Analysis – TNA) aparmaq, təlim planları
hazırlamaq, təlimləri və təlimatlandırmaları təşkil etmək və keçirmək.
Rəhbər heyətin idarəetmə bacarıqlarının inkişafı üçün təlim proqramları hazırlamaq və həyata
keçirmək.
Vəzifələrin qiymətləndirilməsi (Job Evaluation/Grading)
prosesində iştirak etmək və KPI sisteminin hazırlanması və tətbiqinə metodoloji dəstək
göstərmək.
Təhlillərin nəticələrini hesabat və təqdimatlar şəklində
ümumiləşdirmək və rəhbərliyə təqdim etmək.
İR proseslərinin
təkmilləşdirilməsi üçün süni intellekt alətlərindən istifadə etmək, əldə edilən nəticələrin dəqiqliyini və
qanunvericiliyə uyğunluğunu yoxlamaq.
Digər struktur bölmələrlə
əməkdaşlıq etmək və rəhbərlik tərəfindən verilən tapşırıqları müəyyən edilmiş müddətdə icra etmək.
Namizədə dair tələblər
İnsan resurslarının idarə edilməsi, menecment, iqtisadiyyat və ya digər uyğun
ixtisas üzrə ali təhsil.
İnsan resursları sahəsində 5–7 il iş təcrübəsi,
o cümlədən HR Business Partner, HR Generalist və ya təşkilati inkişaf istiqamətində təcrübə.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əmək qanunvericiliyi üzrə dərin biliklər və
praktiki tətbiq bacarığı.
Daxili qaydaların, siyasətlərin, prosedurların
və vəzifə təlimatlarının hazırlanması üzrə təcrübə.
Biznes proseslərinin,
iş yerlərinin və iş yükünün təhlili bacarığı.
Təlimlərin keçirilməsi və
təlimatlandırma aparılması üzrə təcrübə.
Rəhbər heyət üçün idarəetmə
bacarıqlarının inkişafına yönəlmiş təlim proqramlarının hazırlanması və keçirilməsi üzrə
təcrübə.
İT şirkətində və ya layihə əsaslı mühitdə iş təcrübəsi
üstünlükdür.
İnsan resursları fəaliyyətində süni intellekt alətlərindən
peşəkar istifadə, nəticələrin dəqiqliyini yoxlamaq və konfidensial məlumatları qorumaq
bacarığı.
MS Excel (məlumatların təhlili, Pivot cədvəllər) və Bitrix24
ilə işləmək bacarığı üstünlükdür.
Azərbaycan dilini sərbəst bilmək;
ingilis və rus dillərini bilmək üstünlükdür.
SHRM, CIPD və ya oxşar
peşəkar sertifikatlar üstünlükdür.
Analitik və sistemli düşüncə,
təşəbbüskarlıq, müstəqil işləmək və məsuliyyəti üzərinə götürmək bacarığı.
Müxtəlif səviyyəli rəhbərlərlə effektiv ünsiyyət, əsaslandırılmış müzakirə aparmaq, dəqiqlik
və konfidensiallığa riayət etmək bacarığı.
Əlavə məlumat
İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək.
İstirahət günləri: şənbə və bazar günləri, habelə Azərbaycan Respublikasının Əmək Məcəlləsi
ilə müəyyən edilmiş bayram və qeyri-iş günləri.
Vakansiya növü: tam
ştat.
İş yeri: “Bakinity Distribution” MMC (Bakı şəhəri, Nərimanov
rayonu, Ziya Bünyadov prospekti 86B).
Əməkhaqqı: namizədin bilik və
bacarıqlarına uyğun olaraq müəyyən edilir.
Təminatlar
Push30 platformasından istifadə imkanı.
AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq
imkanı.
Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq
imkanı.
Peşəkar inkişaf və karyera yüksəlişi üçün
imkanlar.
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
