Vakansiya haqqında
“Nardaran İnvest” MMC “Smeta mühəndisi” vakansiyasını elan
edir!
Əmək haqqı: Uğurlu namizədin gözləntisi nəzərə alınmaqla təyin
ediləcək.
Vəzifə öhdəlikləri:
Layihə sənədlərinə uyğun olaraq ümumi tikinti işləri üzrə ilkin və tam inşaat
smetalarının hazırlanmasını və vaxtında təhvil verilməsini təmin etmək;
Əsaslı tikinti-quraşdırma və təmir işləri üzrə hazırlanmış və təsdiq edilmiş sənədləri və
cədvəlləri təhlil etmək;
Layihə üzrə büdcə risklərini təhlil etmək və
nəticələr əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
Layihə,
spesifikasiya və smeta sənədləri arasındakı uyğunsuzluqları müəyyən etmək;
Layihədə dəyişikliklər baş verdikdə smeta sənədlərinə müvafiq düzəlişlər
etmək;
Digər təşkilatlar tərəfindən hazırlanmış smeta sənədlərini
yoxlamaq və nəticələr üzrə arayışlar hazırlamaq;
Tikinti-quraşdırma,
təmir və digər işlərin qiymətləndirilməsi prosesində iştirak etmək;
Yenidən qurulan və ya təmir olunan obyektlər üzrə titul vərəqələrinin hazırlanmasında iştirak
etmək;
Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırmaq və normativ
tələblərə riayət olunmasına nəzarət etmək;
Görülmüş tikinti-quraşdırma və
təmir işləri üzrə müvafiq aktları hazırlamaq;
Görülən tikinti-quraşdırma
və təmir işlərinin qiymətlərinin optimallaşdırılması və aşağı salınması istiqamətində tədbirlər
görmək;
Smeta sənədlərinin uçotunu aparmaq və smeta-maliyyə
hesablamalarını sistemləşdirmək;
Smeta qiymətləri üzrə arayışlar
hazırlamaq;
Tikinti layihələri üzrə yerinə yetirilmiş, mövcud və yarımçıq
qalmış işlərin həcmlərini və materialları hesablamaq, müvafiq cədvəlləri hazırlamaq;
Obyektlərdə və sahələrdə ölçü işlərini aparmaq;
Smetaları bazar qiymətləri əsasında hesablamaq;
Texniki hesabatları, o cümlədən Forma 2, Forma 3 və xərc analizlərini
hazırlamaq;
Sahələrdən daxil olan texniki hesabatları
yoxlamaq.
Namizədə dair tələblər:
Mühəndislik, xüsusilə İnşaat mühəndisliyi üzrə ali təhsil;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Layihə-smeta işlərinin hazırlanması üçün normativ-hüquqi sənədlər haqqında
bilik;
Eskiz və ya layihə əsasında iş həcmlərinin çıxarılması, BoQ-un
hazırlanması və qiymətləndirilməsi bacarığı;
Titul vərəqələrinin, aşkar
olunan nasazlıqlar cədvəlinin və digər texniki sənədlərin hazırlanması qaydalarını bilmək;
İqtisadiyyatın əsaslarını, istehsalatın, əməyin və idarəetmənin təşkili qaydalarını
bilmək;
MS Office proqramlarında, xüsusilə Excel-də işləmək
bacarığı;
1C və AutoCAD proqramları ilə işləmək
bacarığı;
Azərbaycan dilini əla səviyyədə bilmək;
İngilis və rus dillərini bilmək arzuolunandır;
Analitik düşüncə tərzi;
Dəqiqlik, operativlik və
məsuliyyətlilik;
Detallara diqqət və komandada işləmək
bacarığı.
Üstünlük veriləcək:
İnşaat layihələri üzrə smeta hazırlanması sahəsində praktiki
təcrübə;
Podratçı təşkilatlarla smeta sənədlərinin razılaşdırılması üzrə
təcrübə;
Tikinti sahələrində ölçü işlərinin aparılması və faktiki iş
həcmlərinin müəyyənləşdirilməsi təcrübəsi;
Rus dilini
bilmək;
Böyük həcmli tikinti layihələri üzrə iş
təcrübəsi.
İş barədə məlumat:
5 günlük iş rejimi;
İş saatları: həftə
içi 09:00 – 18:00;
Nahar və
nəqliyyat şirkət tərəfindən təmin edilir.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində
“Smeta mühəndisi” qeyd etməkləMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər.
Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
