Vakansiya haqqında
Komandamıza hüquqi bilikləri güclü, analitik düşüncəli və peşəkar
Hüquqşünas axtarırıq.
Vəzifə öhdəlikləri
Şirkətin hüquqi fəaliyyətinin təmin edilməsi;
Müqavilələrin hazırlanması, hüquqi ekspertizası və razılaşdırılması;
Əmək, mülki, kommersiya və digər hüquqi məsələlər üzrə hüquqi dəstəyin
göstərilməsi;
Şirkətin hüquq və qanuni maraqlarının
qorunması;
Rəsmi məktubların, ərizələrin, sorğuların və digər hüquqi
sənədlərin hazırlanması;
Dövlət qurumları və digər təşkilatlarla hüquqi
məsələlər üzrə yazışmaların aparılması;
Məhkəmə və digər hüquqi
proseslərdə şirkətin maraqlarının təmsil olunması;
Gömrük və idxal-ixrac
əməliyyatları ilə bağlı hüquqi məsələlərin araşdırılması;
Hüquqi
risklərin müəyyənləşdirilməsi və rəhbərliyə müvafiq təkliflərin təqdim edilməsi.
Tələblər
Hüquq üzrə ali təhsil;
Hüquqşünas
vəzifəsində ən az 5 il iş təcrübəsi;
Azərbaycan Respublikasının
qanunvericiliyini yaxşı bilmək;
Müqavilə hüququ və əmək qanunvericiliyi
üzrə biliklər;
Hüquqi sənədlərin hazırlanması və təhlili
bacarığı;
Analitik düşüncə və yüksək
məsuliyyətlilik;
Azərbaycan dili səlis ,rus və ingilis dil biliyi
üstünlükdür.
MS Office proqramlarında işləmək
bacarığı.
Prokurorluq orqanlarında işləmiş və təqaüdə çıxmış namizədlərə
üstünlük veriləcəkdir.
İş şəraiti
İş yeri: Bakı şəhəri
İş qrafiki: 6 günlük
Əmək haqqı: Müsahibə zamanı müəyyən edilir.
CV-niziMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək mövzu hissəsində
“Hüquqşünas” qeyd etməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
