Vakansiya haqqında
Namizədə dair tələblər:
Ali təhsil (texniki, mühəndislik, əməyin mühafizəsi və digər müvafiq ixtisaslar üzrə
təhsilə üstünlük verilir);
SƏTƏM sahəsində minimum 3 il iş
təcrübəsi;
Azərbaycan Respublikasının əməyin mühafizəsi, yanğın
təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə normativ tələblərini bilmək;
ISO 45001 və ISO 14001 standartları haqqında biliklərə malik olmaq;
Təhlükələrin müəyyən edilməsi və risklərin qiymətləndirilməsi üzrə praktiki
biliklər;
SƏTƏM üzrə giriş, ilkin və dövri təlimatların təşkili və
keçirilməsi bacarığı;
Risk qiymətləndirməsi, Method Statement, yoxlama
aktları və digər SƏTƏM sənədlərini hazırlamaq bacarığı;
Fərdi mühafizə
vasitələrinin düzgün seçilməsi, istifadəsi və tətbiqinə nəzarət bacarığı;
Kimyəvi maddələrlə təhlükəsiz iş, SDS və GHS işarələnməsi haqqında
biliklər;
Yanğın təhlükəsizliyi, fövqəladə hallara hazırlıq və ilkin
yardım üzrə əsas biliklər;
Microsoft Office proqramlarında sərbəst
işləmək;
Vəzifə öhdəlikləri:
Şirkətdə əməyin mühafizəsi, sağlamlıq,
təhlükəsizlik və ətraf mühit üzrə idarəetmə sisteminin tətbiqini, risk qiymətləndirmələrinin aparılmasını,
təhlükəsizlik prosedurlarının hazırlanmasını və qanunvericiliyin tələblərinə əməl olunmasında SƏTƏM şöbə rəhbərinə
dəstək olmaq
Obyektlərdə
planlı və plandankənar bir başa rəhbəri ilə SƏTƏM yoxlamaları keçirir, aşkar edilmiş uyğunsuzluqların aradan
qaldırılması üzrə tədbirləri əlaqələndirir, işçilər üçün təhlükəsizlik təlimləri təşkil edir və təhlükəsizlik
mədəniyyətinin inkişafını təmin edir.
SƏTƏM üzrə tələb olunan sənədlərin, hesabatların və qeydiyyatların hazırlanmasını,
dövlət qurumları və sifarişçilər üçün məlumatların təqdim edilməsini, audit və yoxlamalara hazırlıq işlərini təşkil
edir, layihə üzrə aylıq hesabatı hazırlayaraq şöbə rəhbərinə təhvil verir.
Tullantıların idarə olunmasına, ekoloji tələblərə riayət
edilməsinə, ətraf mühitə təsirlərin qiymətləndirilməsinə və ekoloji risklərin azaldılması üzrə tədbirlərin həyata
keçirilməsinə nəzarət edir.
Rəhbərlik tərəfindən verilən digər müvafiq tapşırıqları icra
etmək.
İş barədə məlumat:
Əməkhaqqı məbləği: Müsahibə əsasında;
Korporativ nömrə ilə təminat;
İş qrafiki: 5
gün (Həftəlik iş saatı 40 saatdan çox olmamaqla)
İş yeri: Heydər Əliyev
Beynəlxalq Aeroportu
Tələblərə cavab verdiyiniz halda CV-nizi Müraciət etdüyməsində qeyd
olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Emailin mövzu hissəsində: “SƏTƏM üzrə
Mütəxəssis” qeyd edilməlidir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
