Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Layihənin memarlıq və dizayn həllərinin sahədə düzgün icrasına nəzarət
etmək;
Təsdiq edilmiş layihə, işçi çertyojlar, material spesifikasiyaları
və dizayn tələblərinə uyğunluğu yoxlamaq;
Memarlıq işləri üzrə gündəlik
icra vəziyyətini sahədə yoxlamaq və qiymətləndirmək;
Döşəmə, divar,
tavan, üzləmə, fasad, qapı, arakəsmə və digər memarlıq işlərinin layihəyə uyğun icrasına nəzarət
etmək;
İcra zamanı layihə və faktiki vəziyyət arasında yaranan
uyğunsuzluqları müəyyən etmək və aidiyyəti şəxslərə bildirmək;
Podratçı
və subpodratçıların memarlıq işlərinin keyfiyyətinə və icra ardıcıllığına nəzarət etmək;
İstifadə olunan materialların təsdiq edilmiş nümunə, spesifikasiya və dizayn tələblərinə
uyğunluğunu yoxlamaq;
Material nümunələrinin, mock-up-ların və
rəng/tekstura seçimlərinin təsdiq edilmiş dizayna uyğunluğunu nəzarətdə saxlamaq;
Sahədə ölçülərin və memarlıq elementlərinin layihə sənədlərinə uyğunluğunu
yoxlamaq;
Memarlıq işləri üzrə görülmüş işlərin qəbulunda iştirak etmək
və aşkar edilmiş qüsurların aradan qaldırılmasını izləmək;
Dizayner,
layihəçi, texniki nəzarət, mühəndislər və podratçılarla koordinasiyalı işləmək;
Layihədə memarlıq üzrə dəyişikliklərin və sahədə verilmiş göstərişlərin qeydiyyatını
aparmaq;
Memarlıq işləri üzrə gündəlik və həftəlik hesabatların
hazırlanmasında iştirak etmək;
Sahədə işlərin layihə qrafikinə uyğun icra
olunmasını izləmək və gecikmələr barədə rəhbərliyə məlumat vermək;
Təhvil-təslim zamanı memarlıq işlərinin yoxlanılmasında və snag/punch list-lərin
hazırlanmasında iştirak etmək;
Əməyin mühafizəsi, təhlükəsizlik və sahə
qaydalarına riayət etmək.
Tələblər:
Ali təhsil: Memarlıq ixtisası üzrə bakalavr dərəcəsi;
İş təcrübəsi : Tikinti sahəsində sahə memarı kimi ən azı 2-3 il iş
təcrübəsi;
Memarlıq materialları və onların tətbiq texnologiyaları barədə
bilik;
Layihə və faktiki icra arasındakı uyğunsuzluqları müəyyən etmək
bacarığı;
Layihə sənədlərindəki memarlıq rəsmlərini, detallarını, kəsik
və fasad görünüşlərini dəqiqliklə və peşəkarlıqla təhlil edib oxuma bacarığı.
AutoCAD, Revit, SketchUp və ya digər memarlıq proqramlarında proqramlarında işləmə
bacarığı
Podratçı və digər layihə iştirakçıları ilə koordinasiya və
ünsiyyət bacarığı;
Sahələrdə yerində həll qabiliyyəti və
bacarığı;
Komanda ilə işləmə, məsuliyyət və
diqqətlilik.
Əlavə məlumat:
İş qrafiki: 6 gün
Nahar şirkət tərəfindən
təmin edilir
Əmək haqqı: 2200-2500 AZN net
İş yeri - Bakıxanov qəs.Mahir Əmirov küç
Maraqlanan namizədlər CV
formalarını mövzu yerinə “Memar” yazaraqMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
