Vakansiya haqqında
Satış Meneceri
Axtarırıq!
Reklam və kommunikasiya sahəsində fəaliyyət
göstərən şirkətimiz böyüyən komandası üçün enerjili, ünsiyyətcil və inkişaf yönümlü Satış Meneceri
axtarır.
Əgər insanlarla işləməyi sevir, danışıqlar
aparmaqdan zövq alır və karyeranızı perspektivli bir sahədə qurmaq istəyirsinizsə, bu fürsət sizin
üçündür!
Namizədə
tələblər
Azərbaycan və rus dillərində sərbəst danışıq
bacarığı;
İngilis
dili biliyi (orta və ya daha yüksək səviyyə);
İqtisadiyyat, marketinq, menecment və ya texniki sahə üzrə təhsil
arzuolunandır;
MS
Office proqramlarında (Word, Excel, PowerPoint) sərbəst işləmək bacarığı;
Photoshop proqramı ilə işləmək bacarığı üstünlük
hesab olunur;
Analitik düşüncə və məlumat bazaları, rəqəmlər, hesabatlarla işləmək
bacarığı;
Yüksək
ünsiyyət və təqdimat qabiliyyəti;
Məsuliyyətli, məqsədyönlü və öyrənməyə açıq
olmaq;
28 yaşadək bəy
namizədlər (təcrübəli və ya təcrübəsiz).
Təcrübəsi olmayan namizədlər üçün şirkətdaxili
təlim və inkişaf proqramları nəzərdə tutulur.
Vəzifə
öhdəlikləri
Müştərilərin axtarışı və yeni əməkdaşlıqların
qurulması;
Kommersiya
təkliflərinin hazırlanması və təqdim edilməsi;
Təqdimat materiallarının hazırlanması;
Müştərilərlə gündəlik ünsiyyətin
aparılması;
Reklam
kampaniyalarının icrasına nəzarət;
Hesabatların hazırlanması və təhlili;
Müqavilə və digər sənədlərin hazırlanmasında
iştirak.
Biz nə təklif
edirik?
5 günlük iş qrafiki (10:00 –
18:00);
Azərbaycan
Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
Şəhərin mərkəzində yerləşən müasir ofis;
Gənc, yaradıcı və peşəkar
komanda;
Beynəlxalq
standartlara uyğun təlim və inkişaf imkanları;
Real karyera yüksəlişi perspektivi;
Rəqabətli əməkhaqqı və bonus
imkanları.
Əməkhaqqı namizədin təcrübə, bilik və
bacarıqlarına uyğun olaraq müsahibə mərhələsində müəyyən edilir.
Özünüzü bu vəzifədə görürsünüzsə, CV-nizi göndərin
və uğurlu karyeranıza bizimlə başlayın!
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
