Vakansiya haqqında
Rahat Supermarketlər şəbəkəsiPlanogram şöbəsi üçün
Makroplanogram üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri
Mövcud mağazalarda ölçülərin götürülməsi və əldə edilmiş ölçülər əsasında mağaza
yerləşim planlarının hazırlanması;
Mağaza planlarının və
makroplanogramların hazırlanması;
Layihə təqdim edildikdə planın düzgün
oxunması və məhsul, avadanlıq və digər elementlərin plana uyğun şəkildə yerləşdirilməsi;
Mağazaların mövcud vəziyyətinin ölçülməsi və plan üzərində düzgün əks
etdirilməsi;
Mağaza planlarının hazırlanması və makroplanogramların
qurulması istiqamətində verilən tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi;
Hazırlanmış planların təhlili və zəruri düzəlişlərin aparılması;
Obyektlərə səfərlərdə iştirak edilməsi və mağaza ölçülərinin yerində
götürülməsi.
Namizədə tələblər
Dinamik, həvəsli və işinə məsuliyyətlə yanaşan olmaq;
AutoCAD proqramında işləmək bacarığı;
MS Office
proqramlarını yaxşı səviyyədə bilmək;
Texniki çertyoj və layihələri
oxumaq və düzgün şərh etmək bacarığı;
Məkan və ölçü anlayışının güclü
olması;
Detallara diqqətli, məsuliyyətli və operativ
olmaq;
Mağaza planlarının hazırlanması və makroplanogramların qurulması
istiqamətində inkişaf etməyə həvəsli olmaq;
İşin xüsusiyyətindən irəli
gələrək mağazalara və digər obyektlərə səfər edə bilmək.
Əlavə üstünlük:Şəxsi avtomobilinin olması.
Qeyd:Vəzifənin iş xüsusiyyətləri və obyektlərə mütəmadi səfərlərin tələb
olunması nəzərə alınaraq kişi namizədlərə üstünlük verilir.
Namizədin verilən tapşırıqları uğurla yerinə yetirməsi və özünü doğrultması
halında Planogram şöbəsində uzunmüddətli əməkdaşlıq imkanı təqdim olunur.
İş qrafiki: 5 günlük iş həftəsi
Tələblərə uyğun namizədlər CV-ləriniMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
