Vakansiya haqqında
ADIS Azerbaijan komandası üçün maliyyə və mühasibatlıq proseslərinin
idarə edilməsində təcrübəli Baş mühasib axtarır.
Vəzifə öhdəlikləri:
Şirkətin mühasibat uçotunu qanunvericiliyə və daxili prosedurlara uyğun təşkil
etmək;
Alış, satış, qaytarma və anbar əməliyyatlarının uçotda düzgün əks
olunmasına nəzarət etmək;
Müştəri və təchizatçılarla hesablaşmaları,
debitor və kreditor borcları izləmək, qarşılıqlı üzləşmələri təşkil etmək;
Bank, kassa və kredit əməliyyatlarının uçotunu, pul vəsaitlərinin hərəkətinə nəzarəti həyata
keçirmək;
Vergi, sosial sığorta və statistika hesabatlarının düzgün
hazırlanmasını və vaxtında təqdim edilməsini təmin etmək;
Aylıq, rüblük
və illik maliyyə hesabatlarını hazırlamaq, gəlir, xərc və mənfəət göstəricilərini təhlil edərək rəhbərliyə təqdim
etmək;
Əməkhaqqı və digər əməkdaş ödənişlərinin hesablanmasına nəzarət
etmək;
Mal-material ehtiyatlarının inventarizasiyasını təşkil etmək,
anbar qalıqları ilə uçot məlumatları arasındakı fərqləri araşdırmaq;
Mühasibatlıq komandasının iş bölgüsünü aparmaq, əməkdaşların fəaliyyətini koordinasiya etmək
və peşəkar inkişafına dəstək vermək.
Namizədə tələblər:
Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali
təhsil;
Mühasibatlıq sahəsində minimum 3 il, o cümlədən baş mühasib və ya
mühasibatlıq komandasının idarə olunması üzrə iş təcrübəsi;
Distribusiya
və ya topdansatış sahəsində təcrübə üstünlükdür;
Mal-material
ehtiyatlarının, ticarət əməliyyatlarının və qarşılıqlı hesablaşmaların uçotu üzrə güclü praktiki
biliklər;
Vergi, əmək və mühasibat uçotu qanunvericiliyini bilmək və
gündəlik işdə tətbiq etmək bacarığı;
Vergi bəyannamələrinin və maliyyə
hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə təcrübə;
Maliyyə
Hesabatlarının Beynəlxalq Standartları (MHBS/IFRS) üzrə biliklər;
1C və
MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı;
Elektron dövlət portalları və hesabat sistemlərindən sərbəst istifadə etmək
bacarığı;
ERP sistemlərinin maliyyə və mühasibatlıq modulları ilə iş
təcrübəsi; Logix biliyi üstünlükdür;
Analitik düşünmə, işin
planlaşdırılması, komandanın idarə edilməsi və qərarvermə bacarıqları;
Dəqiqlik, yüksək məsuliyyət, dürüstlük və məxfilik prinsiplərinə riayət
etmək.
Peşəkar Mühasib Sertifikatının (PMS – MHBS) olması üstünlük hesab
edilir.
İş şəraiti:
İş qrafiki: 5 günlük iş həftəsi;
Rəsmi
əmək müqaviləsi;
Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq
müsahibə əsasında razılaşdırılır;
Şirkət tərəfindən nahar
verilir;
İş yeri: Ələsgər Qayıbov küçəsi 10Q, STN Biznes Mərkəzi
8-ci mərtəbə.
Maraqlanan namizədlər CV-lərini e-poçtun mövzu hissəsində “Baş mühasib”
qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
