Vakansiya haqqında
Red Team / Pentest / Offensive Security sahəsində praktiki təcrübəyə malik, öz bilik və
təcrübəsini gələcəyin kibertəhlükəsizlik mütəxəssisləri ilə bölüşmək istəyən praktiki mütəxəssis
axtarırıq.
Vacib - tədris rus dilində aparılacaq.
Namizəd rus dilində sərbəst danışmalı və texniki mövzuları tam şəkildə rus dilində tədris
edə bilməlidir.
Namizədə tələblər:
Red Team, Pentest və ya Offensive Security sahəsində praktiki iş
təcrübəsi
Müasir offensive security metodologiyaları, yanaşmaları və
alətləri üzrə biliklər
Rus dilini sərbəst bilmək və texniki fənləri rus
dilində peşəkar şəkildə tədris etmək bacarığı
Beynəlxalq peşəkar
sertifikatların olması üstünlükdür
Tədris, mentorluq və ya tələbələrlə
işləmə təcrübəsi arzuolunandır
Mürəkkəb texniki mövzuları sadə və
anlaşılan şəkildə izah etmək bacarığı
Praktiki yanaşma və real case-lər
üzərindən öyrətmək bacarığı
Məsuliyyətli, aktiv və biliklərini bölüşməyə
həvəsli olmaq
Əməkdaşlıq şərtləri:
Həftədə 2 dəfə, saat 19:00–21:00
Bakı /
hibrid format mümkündür
Tələbələrin səviyyəsi: Beginner →
Junior
Tədris dili: rus dili
Əgər siz Red Team / Pentest / Offensive Security sahəsində fəaliyyət göstərən praktiki
mütəxəssissinizsə, rus dilində sərbəst tədris edə bilirsinizsə və bilik və təcrübənizi gələcəyin kibertəhlükəsizlik
mütəxəssislərinə ötürmək istəyirsinizsə — sizinlə tanış olmaq və əməkdaşlıq imkanlarını müzakirə etməkdən məmnun
olarıq.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
