Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Tədarükçülərlə və logistika şirkətləri ilə yazışmaların
aparılması;
Qiymət sorğularının (RFQ) hazırlanması və
göndərilməsi;
Tədarükçü və logistika şirkətlərdən qiymət təkliflərinin
alınması, müqayisə edilməsi və sistemləşdirilməsi;
Xaricdən gətirilən
yüklərə aid sənədlərin hazırlanması və yoxlanılması;
Sifarişlərin, qiymət
təkliflərinin və yazışmaların elektron bazada arxivləşdirilməsi və izlənilməsi;
Tədarükçülərlə və logistika şirkətləri ilə qiymət, ödəniş şərtləri və çatdırılma müddətləri
üzrə ilkin danışıqların aparılması;
Satınalma prosesi ilə bağlı
sənədlərin düzgün və vaxtında hazırlanmasının təmin edilməsi;
Sifarişlərin icra vəziyyətinin və çatdırılma müddətlərinin izlənilməsi;
Rəhbərliyin tapşırıqlarına uyğun olaraq digər satınalma əməliyyatlarının yerinə
yetirilməsi.
Tələblər:
Ali təhsil;
Azərbaycan dilində rəsmi
yazışma və şifahi ünsiyyət bacarığı;
İngilis dili biliyinə üstünlük
verilir;
MS Office proqramları, xüsusilə Excel, Word və Outlook
proqramları ilə işləmək bacarığı;
Diqqətlilik, məsuliyyətlilik və
məlumatlarla dəqiq işləmək bacarığı;
Ünsiyyət və təşkilatçılıq
bacarıqları, komanda ilə işləmək bacarığı;
Yeni bilikləri tez mənimsəmək
və peşəkar inkişaf etmək istəyi;
İş təcrübəsi: 0–6 ay.
Qeyd:
Vəzifə üzrə iş təcrübəsi tələbi 0–6 ay olduğundan, iş prosesləri və vəzifə
öhdəlikləri işə qəbuldan sonra əməkdaşa öyrədiləcək. Namizəddən yeni bilikləri tez mənimsəmək, öyrəndiklərini
praktikada tətbiq etmək və iş proseslərinə çevik uyğunlaşmaq bacarığı gözlənilir.
İş şəraiti:
İş qrafiki: 5 günlük iş həftəsi (şənbə və bazar günləri
istirahət);
Əmək haqqı: 500–600 AZN.
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
