Vakansiya haqqında
Investment Advisory Senior Specialist / Specialist
Job Purpose:
To provide individual investors with investment advice tailored to their financial
objectives and risk profiles, build a portfolio of advisory-managed accounts, and promote the company's investment
products to clients.
Key Responsibilities:
Identifying clients' financial objectives, investment horizons, and risk profiles;
conducting and documenting suitability assessments;
Developing individual
investment proposals based on approved model portfolios and product lists, and providing clients with detailed
information on relevant investment solutions;
Opening advisory-managed
accounts, regularly reviewing portfolios, and conducting meetings with clients;
Attracting new clients, increasing assets under management from existing clients, and
expanding the client base through referrals;
Ensuring the timely delivery
of market updates, product information, and reports to clients;
Ensuring
compliance with Investment Committee decisions, suitability requirements, AML regulations, and client data
confidentiality policies;
Registering and referring client requests and
complaints to the relevant departments in accordance with internal procedures;
Participating in investor education initiatives and marketing campaigns.
Requirements:
University degree in Finance, Economics, Business Administration, or a related
field;
Work experience in client relationship management within
investment advisory, wealth management, or brokerage services;
Central
Bank Type C Professional Qualification Certificate; candidates who do not hold this certificate are required to pass
the relevant attestation during the probationary period (candidates who have completed the CFA or FRM programmes are
eligible for a shortened examination);
Knowledge of bonds, equities,
investment fund units, certificates of deposit, and international investment instruments; ability to explain the
risk and return characteristics of investment instruments to clients;
Strong communication, active listening, and presentation skills; experience in client base
management and working with CRM systems;
Fluency in written and spoken
Azerbaijani and English; Russian is an advantage;
High ethical standards,
commitment to prioritising clients' interests, and a results-oriented approach;
Additional Advantages: CFA Level I, CIPM, or CFP qualifications, an
established portfolio of individual investor clients, experience working with digital investment
platforms.
Interested candidates can apply by clicking the link
provided in the"Apply"button.
İnvestisiya Məsləhəti üzrə Baş mütəxəssis / Mütəxəssis
Vəzifənin məqsədi:
Fərdi investorlara maliyyə məqsədlərinə və risk profilinə uyğun investisiya
məsləhəti vermək, məsləhətlə idarə olunan hesablar portfelini qurmaq və şirkətin investisiya məhsullarını
müştərilərə çatdırmaq.
Vəzifə öhdəlikləri:
Müştərilərin maliyyə məqsədlərinin, investisiya müddətinin və risk profilinin
müəyyən edilməsi, uyğunluq qiymətləndirməsinin aparılması və sənədləşdirilməsi;
Təsdiq olunmuş model portfellər və məhsul siyahısı əsasında fərdi investisiya təkliflərinin
hazırlanması və müvafiq investisiya həlləri barədə müştərilərə ətraflı məlumat verilməsi;
Məsləhət əsasında idarə olunan hesabların açılması, portfellərin mütəmadi olaraq nəzərdən
keçirilməsi və müştərilərlə görüşlərin keçirilməsi;
Yeni müştərilərin
cəlb edilməsi, mövcud müştərilərin aktivlərinin artırılması və referanslar vasitəsilə müştəri bazasının
genişləndirilməsi;
Müştərilərə bazar icmallarının, məhsul məlumatlarının
və hesabatların vaxtında təqdim edilməsi;
İnvestisiya komitəsinin
qərarlarına, uyğunluq, AML və müştəri məlumatlarının məxfiliyi qaydalarına riayət edilməsi;
Müştəri müraciətlərinin və şikayətlərinin daxili qaydalara uyğun qeydiyyata alınması və
aidiyyəti üzrə yönləndirilməsi;
İnvestorların maarifləndirilməsi üzrə
təşəbbüslərdə və marketinq kampaniyalarında iştirak.
Tələblər:
Maliyyə, iqtisadiyyat və ya biznesin idarə edilməsi üzrə ali
təhsil;
İnvestisiya məsləhəti, sərvətin idarə edilməsi və ya brokerlik
xidmətləri sahəsində müştəri münasibətlərinin idarə edilməsi üzrə iş təcrübəsi;
Mərkəzi Bankın C növü ixtisas sertifikatı; sertifikatı olmayan namizədlər sınaq müddəti
ərzində attestasiyadan keçməlidir (CFA və FRM proqramlarını tamamlamış namizədlər üçün qısaldılmış imtahan nəzərdə
tutulur);
İstiqrazlar, səhmlər, investisiya fondlarının payları, depozit
sertifikatları və beynəlxalq investisiya alətləri üzrə biliklər; investisiya alətlərinin risk və gəlirlilik
xüsusiyyətlərini müştərilərə izah etmək bacarığı;
Yüksək kommunikasiya,
aktiv dinləmə və təqdimat bacarıqları; müştəri bazasının idarə edilməsi və CRM sistemləri ilə iş
təcrübəsi;
Azərbaycan və ingilis dillərində səlis yazılı və şifahi
ünsiyyət bacarığı; rus dili üstünlükdür;
Yüksək etik davranış
standartları, müştəri maraqlarının prioritetliyinin təmin edilməsi və nəticəyönümlülük.
Üstünlük verilən meyarlar: CFA proqramının I səviyyəsi, CIPM və ya CFP sertifikatları,
formalaşmış fərdi investor müştəri portfelinin mövcudluğu, rəqəmsal investisiya platformaları ilə iş
təcrübəsi.
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
