Vakansiya haqqında
Şirkətimizdə çalışmaq istəyən, məsuliyyətli
və işində dəqiq olan Koordinator (İnventar) tələb olunur.
İş şəraiti:
Ünvan: Bakı-Şamaxı şosesi, Hökməli dairəsi
Əmək haqqı: 800 - 1000 AZN (Müsahibə əsasında dəyişə bilər)
İş qrafiki: Tam iş günü (5 gün)
İş saatı: 09:00 –
18:00
Təklif edirik: Mobil nömrə ilə təminat, nahar
yeməyi.
Namizədə dair əsas
tələblər:
Ali və ya orta ixtisas təhsili (iqtisadiyyat, mühasibat uçotu, logistika, idarəetmə
və ya əlaqəli sahə) və müvafiq istiqamətdə ən az 1-2 illik iş təcrübəsi;
Koordinasiya və ya təşkilatçılıq sahəsində iş təcrübəsi;
Yüksək kommunikasiya bacarığı, komanda, rəhbərlik (sahibkar) və xarici tərəflərlə səmərəli
əlaqə qurmaq bacarığı;
Prioritetləri düzgün müəyyənləşdirmək, işin
gedişini izləmək və problemləri vaxtında həll etmək bacarığı;
İnventar və
anbar uçotunun əsaslarını bilmək;
1C proqramında işləmək, inventar üzrə
əməliyyatları qeydə almaq və hesabatları hazırlamaq bacarığı;
Microsoft
Office proqramlarını (Excel, Word) yaxşı bilmək;
Məsuliyyətli, diqqətli
və nizam-intizamlı olmaq;
Cins üzrə məhdudiyyət nəzərdə
tutulmur.
Əsas vəzifə
öhdəlikləri:
Fəaliyyətlərin və təşkilat daxilindəki əməliyyatların düzgün və vaxtında həyata
keçirilməsini təmin etmək üçün komanda üzvləri, rəhbərlik və digər əlaqəli tərəflərlə əlaqə qurmaq və məlumatları
əlaqələndirmək;
Daxili və xarici tərəflər arasında effektiv və daimi
kommunikasiyanı qurmaq;
Komanda üzvləri ilə gündəlik, həftəlik və aylıq
status görüşlərini təşkil etmək;
Birbaşa rəhbərlə əlaqədə olmaq, lazımi
məlumatları və hesabatları ona vaxtında ötürmək, iş gedişi barədə məlumat vermək;
Problemlərin vaxtında həlli üçün müvafiq tədbirlər görmək;
İnventarın izlənilməsi və qeydiyyatı prosesini əlaqələndirmək, maddi sərvətlərin və malların
hərəkətinin müvafiq sənədlərlə təsdiqlənməsini təmin etmək;
İnventar
balanslarını və stok səviyyələrini yoxlamaq, uyğunsuzluq hallarını rəhbərliyə çatdırmaq;
İnventar hərəkətlərinə dair gündəlik, həftəlik və aylıq hesabatları 1C proqramında hazırlayıb
vaxtında təqdim etmək.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
