Vakansiya haqqında
CRM Construction MMC komandasına Satış meneceri axtarılır.
İş şərtləri
Əmək haqqı: 500 AZN net
Bonus: Satış
nəticələrinə əsasən əlavə bonus sistemi
İş qrafiki: 6
günlük
Bazar ertəsi – Cümə: 11:00–20:00
Şənbə: 11:00–16:00
Bazar: İstirahət
günü
İş yeri: Bakı (Bakmil metrosunun yanı, Azera
Plaza)
Vəzifə öhdəlikləri
Yeni müştərilərin axtarılması və cəlb edilməsi;
Gələn müştəri müraciətlərinin telefon, WhatsApp və digər kanallar vasitəsilə
cavablandırılması;
Potensial müştərilərlə ilkin danışıqların
aparılması;
Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun
xidmətlərin təqdim edilməsi;
Tikinti, ev tikintisi və təmir xidmətlərinin
müştərilərə təqdim olunması;
Müştərilərlə görüşlərin təşkili və
keçirilməsi;
Qiymət təkliflərinin müştərilərə təqdim
edilməsi;
Satış prosesinin başlanğıcdan müqavilənin bağlanmasına qədər
izlənilməsi;
Mövcud və potensial müştərilərlə mütəmadi əlaqənin
saxlanılması;
Müştəri məlumatlarının CRM sisteminə düzgün daxil edilməsi
və yenilənməsi;
Aylıq satış hədəflərinin yerinə
yetirilməsi;
Rəhbərliyə satış nəticələri və görülən işlər barədə
hesabatların təqdim edilməsi.
Əlavə vəzifələr
Satış meneceri əsas satış fəaliyyətindən əlavə olaraq:
Ofisə gələn müştərilərin qarşılanmasına;
Görüşlər zamanı qonaqlara çay və kofe servis edilməsinə;
Direktora çay servis etmək;
Ofisdə qonaqlar üçün
ümumi xidmət və səliqəni təmin etməlidir
Namizədə tələblər
Xanım namizəd
Rus dilini əla səviyyədə
bilməli – sərbəst danışıq və yazılı ünsiyyət bacarığı;
Azərbaycan dilini
səlis bilməli;
Güclü kommunikasiya və müştəri ilə ünsiyyət
bacarığı;
Satış və müştəriyönümlü yanaşma;
Danışıqlar aparmaq və satış bağlamaq bacarığı;
Aktiv, məsuliyyətli və intizamlı olmaq;
Komanda ilə
işləmək bacarığı;
Kompüterdən və ofis proqramlarından istifadə
bacarığı;
CRM sistemlərində işləmək bacarığı
üstünlükdür;
Tikinti və təmir sahəsində təcrübənin olması
üstünlükdür;
Satış sahəsində əvvəlki iş təcrübəsi
arzuolunandır.
Biz nə təklif edirik?
500 AZN net sabit əmək haqqı;
Satış
nəticələrinə uyğun əlavə bonus;
Sabit və uzunmüddətli iş
imkanı;
Peşəkar inkişaf və satış sahəsində təcrübə qazanmaq
imkanı;
İşgüzar və aktiv komanda mühiti.
Əgər satış bacarığınız güclüdürsə, insanlarla rahat ünsiyyət qurursunuzsa və nəticəyə
fokuslanmısınızsa, CV-niziMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
