Vakansiya haqqında
Grand Catering QSC vakansiya elan edir | KSƏTƏMM Şöbəsinin
Rəhbəriaxtarışındayıq.
SƏTƏM, keyfiyyət və ətraf mühitin mühafizəsi sahələrində şöbənin fəaliyyətini təşkil
etmək, təhlükəsizlik standartlarına və normativ tələblərə riayət olunmasını təmin etmək, eləcə də davamlı
təkmilləşdirmə proseslərinə rəhbərlik etmək istəyən peşəkarları komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
Şöbənin fəaliyyətini təşkil etmək və əməkdaşların işinə nəzarət
etmək.
Keyfiyyət, əməyin mühafizəsi, qida və yanğın təhlükəsizliyi, ətraf
mühitin mühafizəsi üzrə tələblərə riayət olunmasını təmin etmək.
Müəssisədə mövcud riskləri müəyyən etmək, qiymətləndirmək və qabaqlayıcı tədbirlər
hazırlamaq.
Əməkdaşların əməyin mühafizəsi və təhlükəsizlik qaydaları
üzrə təlimatlandırılmasına nəzarət etmək.
Qəza, bədbəxt hadisə və
təhlükəli halların araşdırılmasını təşkil etmək, təkrarlanmasının qarşısını alan tədbirlər
hazırlamaq.
Keyfiyyətə nəzarət sisteminin tətbiqini və
təkmilləşdirilməsini təmin etmək.
Daxili auditlərin və uyğunluq
yoxlamalarının keçirilməsini təşkil etmək.
Aşkar edilmiş uyğunsuzluqların
aradan qaldırılması üzrə tədbirlərin icrasına nəzarət etmək.
Müvafiq
dövlət qurumları, sifarişçilər və digər aidiyyəti tərəflərlə şöbənin fəaliyyət istiqamətləri üzrə əməkdaşlıq
etmək.
Ətraf mühitin qorunması, tullantıların idarə edilməsi və ekoloji
tələblərə riayət olunmasına nəzarət etmək.
Müvafiq prosedur, təlimat,
hesabat və digər sənədlərin hazırlanmasını və yenilənməsini təmin etmək.
Şöbənin fəaliyyətinə dair hesabatları rəhbərliyə təqdim etmək.
Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi və risklərin azaldılması üzrə təkliflər
vermək.
Rəhbərlik tərəfindən verilən, vəzifə səlahiyyətlərinə aid digər
tapşırıqları yerinə yetirmək
Tələblər:
Ali təhsil - Əməyin mühafizəsi və təhlükəsizlik, SƏTƏM, Mühəndislik, Texniki və ya
əlaqəli sahə üzrə
Müvafiq sahə üzrə minimum 5 il iş
təcrübəsi
Azərbaycan dili – əla, İngilis dili və Rus dili biliyi
üstünlükdür
MS Office proqramlarında işləmək bacarığı, 1C 8.3 bilikləri
üstünlükdür
Problem həll etmə və qərarvermə
Diqqətlilik və detallara yönümlülük
Məsuliyyətli və
operativ yanaşma
Sizə nə təklif edirik?
Şirkət tərəfindən təmin olunan nahar
Korporativ mobil nömrə və danışıq paketi
Peşəkar
inkişaf və karyera imkanları
Dinamik və inkişafyönümlü iş
mühiti
Ünvan: Bakı şəhəri, Sarabski Plaza
Əmək haqqı: 1500-2000 AZN - NET
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
