Vakansiya haqqında
Krispy Kreme — 1937-ci ildən etibarən milyonlarla insanın sevimli donut
brendidir. Dünyanın müxtəlif ölkələrində uğurla fəaliyyət göstərən şirkət artıq Azərbaycan bazarına daxil
olur.
Qlobal brendin bir hissəsi olmaq və brendin uğur yolunda birgə addımlamaq istəyirsinizsə,
komandamızda sizi görməkdən məmnun olarıq.
Niyə Krispy Kreme?
Bizim qlobal mədəniyyətimizi Leadership Mix əks etdirir — bu, dünyada bir-birimizlə
necə işlədiyimizi və icmalarımıza necə dəstək verdiyimizi müəyyən edən davranış nümunələridir.
Hər bir Krispy Kreme əməkdaşı öz cəsarətli və autentik kimliyi ilə qəbul olunduğunu, dəyər
gördüyünü və sevildiyini hiss edəndə, özünü rahat şəkildə ifadə edə bilir, yaradıcı və bənzərsiz potensialını
inkişaf etdirir.
Krispy Kreme-də sevinc paylaşmaq fəaliyyətimizin
mərkəzindədir və biz bunu icmalarımızda ilhamlandırmağa çalışırıq.
İşəgötürən: Krispy Kreme mağazalar şəbəkəsi
Namizədə aid tələblər:
Ali təhsilli olması;
Azərbaycan dili -
mükəmməl, ingilis dili və rus dili – arzuolunandır;
FMCG və ya pərakəndə
satış sahəsində 4 ildən az olmayaraq iş təcrübəsi;
Müvafiq vəzifədə 2
ildən az olmayaraq iş təcrübəsi;
Əsas retail KPI-larını anlama və təhlil
etmə bacarığı;
Liderlik keyfiyyəti və komanda idarəetmə
bacarığı;
Məsuliyyət, dəqiqlik və karyera qurmaq
istəyi;
Problem həll etmə və qərarvermə qabiliyyəti;
Müştəriyönümlülük və yüksək xidmət mədəniyyəti;
Yüksək səviyyədə ünsiyyət və təşkilatçılıq bacarıqları;
Hesabat və təhlil bacarıqları;
MS Office
proqramları üzrə yaxşı biliklər, ERP sistemlərində (1C,İİKO) işləmək bacarığı;
Xasiyyətnamə tələb olunur.
Əsas vəzifə öhdəlikləri:
Mağaza müdiri ilə birlikdə biznes planının məqsədlərinə çatmaq və gəlirliliyi
artırmaq;
Mağazada fasiləsiz və səmərəli fəaliyyətin təmin olunması üçün
növbələri idarə etmək;
Lokal təkliflərdə iştirak etmək, menyunu
təkmilləşdirmək, aksiyalar təşkil etmək;
Qonaq məmnuniyyətinin yüksək
səviyyədə təmin olunmasına nəzarət etmək;
Qonaqların tələbatlarını təmin
etmək üçün xidmət standartların tətbiq olunmasını təmin etmək;
Qonaq
şikayətlərini təhlil etmək və onları aradan qaldırmaq üçün uyğun prosedurları həyata keçirmək;
Komandada yüksək xidmət mədəniyyəti formalaşdırmaq;
Mağazada satışların və məhsuldarlığın maksimum artırılmasını təmin
etmək;
KPI göstəricilərinə nəzarət:satış planı,orta çek,
dövriyyə;
Satışları artırmaq üçün tədbirləri planlaşdırmaq və tətbiq
etmək;
Mağaza daxilində maliyyə əməliyyatlarının icrasına
dəstək;
Satışlar və mağazanın KPI göstəriciləri üzrə hesabat
hazırlamaq;
Qida təhlükəsizliyi və əməkdaş sağlamlığı prosedurlarına əməl
olunmasına nəzarət;
Məhsullar və cari kampaniyalar barədə komandanın
məlumatlılığını təmin etmək;
Şirkət və Krispy Kreme brend standartlarına
riayət olunmasına nəzarət;
Xarici görünüş və sanitariya standartlarına
əməl etmək;
Mağazada nizam-intizamı qorumaq və iş proseslərinin səmərəli
təşkilini təmin etmək.
İş şəraiti:
Azərbaycan Respublikkası Əmək Məcəlləsinə
əsasən sənədləşmə;
İş rejimi: 6 günlük, növbəli iş qrafiki;
Müasir idarəetmə sistemi və mehriban kollektiv;
Təlim keçmə və karyera artımı imkanları.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində
“MağazaMeneceri - Retail” qeyd edərəkMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
