Vakansiya haqqında
İşin təsviri
Çin Təbabəti klinikası “İnsan Resursları üzrə mütəxəssis” vəzifəsinə vakansiya elan
edir:
Vəzifə öhdəlikləri:
Əmək qanunvericiliyinə, daxili əsasnamə və prosedurlara uyğun olaraq vakansiyaların
paylaşımı, CV analizi prosessi, işçilərin işə qəbulu, işdən azad olunması, vəzifə dəyişiklikləri, transfer və digər
kadr əməliyyatlarının icra edilməsi;
İşçilərlə bağlı bütün kadr
sənədlərinin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsinin təmin edilməsi;
Əmək müqavilələrinin, əlavələrin, əmrlərin və digər kadr sənədlərinin
hazırlanması;
İşçilərlə bağlı bütün dəyişikliklərin müvafiq dövlət
portallarına vaxtında və düzgün şəkildə daxil edilməsi;
Əmək
kitabçalarının qeydiyyatının aparılması, yeni əmək kitabçalarının açılması və zərurət olduqda
doldurulması;
Məzuniyyət qrafikinin hazırlanması, məzuniyyətlərin
izlənilməsi və uçotunun aparılması;
İşçilərin şəxsi işlərinin
formalaşdırılması, yenilənməsi və arxivləşdirilməsi;
İşçilərin
müraciətləri əsasında arayış, xasiyyətnamə və digər rəsmi sənədlərin hazırlanması;
Filial rəhbərləri ilə sıx əməkdaşlıq edərək işçi heyəti ilə bağlı məsələlərin
həlli;
Yeni əməkdaşların işə qəbul və adaptasiya prosesinin koordinasiya
olunması;
Vakansiya elanlarının hazırlanması və
paylaşılması;
Namizədlərin ilkin dəyərləndirilməsi, müsahibələrin təşkili
və seçim prosesində iştirak;
Əcnəbi əməkdaşlarla bağlı miqrasiya
sənədlərinin hazırlanması, izlənilməsi və miqrasiya proseslərinin koordinasiya olunması;
Miqrasiya ilə bağlı icazələrin, qeydiyyat və digər zəruri sənədlərin müddətlərinə nəzarət
edilməsi və yenilənmə prosesinin təşkili;
İşçilərin gündəlik
davamiyyətinin (tabel) izlənilməsi, tabel məlumatlarının hazırlanması və aidiyyəti üzrə təqdim
edilməsi;
HR hesabatlarının hazırlanması və rəhbərliyə təqdim
edilməsi;
İşçi intizamı, daxili qaydalar və əmək münasibətləri ilə bağlı
məsələlərin operativ həllinə dəstək göstərilməsi.
Namizədə dair tələblər:
Ali təhsil (idarəetmə, psixologiya, sosiologiya, hüquq, insan resursları, menecment
və ya əlaqəli sahə üzrə üstünlükdür);
Xəstəxana və klinika sahəsində
İnsan Resursları sahəsi üzrə minimum 2-4 il iş təcrübəsi; Elektron Hökümət Portalları ilə (ƏMAS) işləmə
bacarığı;
Elektron Hökümət Portalları ilə (ƏMAS),İSB işləmə
bacarığı;
Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı səviyyədə
bilmək;
MS Office (xüsusilə MS Excel orta-yaxşı səviyyədə bilməli)
işləmək bacarığı;
Rus dili və İngilis dili biliyi
üstünlükdür
Güclü ünsiyyət, təşkilatçılıq və koordinasiya
bacarığı;
Komandada işləmək və eyni zamanda müstəqil qərarvermə
bacarığı;
Məsuliyyətli, təşəbbüskar, detallara diqqətli və operativ
olmaq;
Çoxşaxəli iş mühitində işləmək bacarığı.
İşində motivasiyalı, öyrənməyə açıq və təşəbbüskar olması arzu olunandır.
Yaş həddi 25-40
HR mütəxəssis olaraq təcrübəli
şəxslər müsahibəyə dəvət ediləcək.
Yalnız-xanım namizədlər tələb
olunur.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; Tam
Ştat
İş saatları: Bazar ertəsi - Cümə 09:00 – 17:00; Şənbə
10:00-14:00
İş günləri: Altı günlük: Bazar ertəsi-Şənbə (qısa iş
günü)
Nahar fasiləsi: 13:00-14:00;
İstirahət günü: Bazar;
İş yeri: Bakı şəhəri, AF
Business House Miniso Azerbaijan (baş ofis)
Əmək haqqı: Müsahibə
əsasında
Uyğun namizədlər öz CV-lərini “İnsan Resursları üzrə mütəxəssis” başlığı
iləMüraciət etdüyməsində qeyd
olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
