Vakansiya haqqında
Təsvir
Məhsul resepturalarının hazırlanmasını, sistemə daxil edilməsini və mütəmadi
yenilənməsini həyata keçirmək;
Resepturalarda istifadə olunan xammal və
inqrediyentlər üzrə sərfiyyat normalarını müəyyənləşdirmək və sistemdə düzgün əks etdirilməsini təmin
etmək;
Məhsulların maya dəyərinin hesablanmasını həyata keçirmək və
xammal qiymətlərindəki dəyişikliklərə uyğun olaraq müvafiq yenilənmələri aparmaq;
İstehsalat, anbar və satış məlumatlarının qarşılıqlı uyğunluğunu yoxlamaq və aşkar edilmiş
uyğunsuzluqları araşdırmaq;
Mal qəbulu, silinmə, transfer və digər
mal-material əməliyyatlarının ERP sistemi üzərindən düzgün uçotunu və izlənilməsini təmin
etmək;
İnventarizasiya proseslərində iştirak etmək, faktiki və sistem
qalıqları arasındakı fərqləri təhlil etmək və səbəblərini araşdırmaq;
Xammal və materialların qiymət dəyişikliklərinin məhsulların maya dəyərinə təsirini təhlil
etmək və resepturalarda müvafiq dəyişiklikləri həyata keçirmək;
İstehsalat, maya dəyəri və maliyyə göstəriciləri üzrə hesabatların hazırlanmasına dəstək
göstərmək;
ERP və mühasibat uçotu sistemlərində məlumatların düzgün, tam
və aktual şəkildə əks etdirilməsinə nəzarət etmək;
Sistem məlumatları ilə
faktiki istehsalat və anbar göstəricilərinin uyğunluğunu mütəmadi olaraq yoxlamaq.
Tələblər
Ali təhsil – Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat, İstehsalatın təşkili və ya
əlaqəli sahələr üzrə;
İstehsalat uçotu, maya dəyərinin hesablanması,
anbar uçotu və ya maliyyə sahəsində iş təcrübəsi;
Məhsul resepturaları və
xammal sərfiyyatı üzrə əsas anlayışların olması;
ERP və ya mühasibat
uçotu proqramları ilə işləmə bacarığı;
Excel proqramında yaxşı səviyyədə
işləmə bacarığı;
Xammal və materialların qiymət dəyişikliklərinin maya
dəyərinə təsirini təhlil etmək bacarığı;
Anbar, istehsalat və satış
məlumatlarının müqayisəsi və uyğunsuzluqların müəyyənləşdirilməsi bacarığı;
Analitik düşünmə və rəqəmlərlə işləmə bacarığı;
Diqqətlilik, dəqiqlik və məsuliyyətlilik;
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
