Vakansiya haqqında
Bank və ya bank olmayan kredit təşkilatı (BOKT) sahəsində portfelin bərpası və gecikmədə
olan borcların idarə edilməsi sahəsində peşəkarsınızsa, sizi komandamızda görməkdən məmnun olarıq!
Əsas Öhdəliklər:
Gecikmədə olan kredit portfelinin analizi və idarə edilməsi;
Borclularla (və zaminlərlə) telefon danışıqlarının aparılması və fərdi görüşlərin
keçirilməsi;
Ödəniş qabiliyyətinin bərpası üçün restrukturizasiya və ya
alternativ həll yollarının təklif edilməsi;
Problemli borcların yığılması
prosesində qanunvericiliyin tələblərinə uyğun hərəkət edilməsi;
İşin
gedişatı ilə bağlı rəhbərliyə gündəlik və aylıq hesabatların verilməsi.
Ehtiyyac yaranarsa şirkət hesabına müştəri ünvanında müştəri ilə görüş(regionlar
daxil)
Namizədə dair tələblər:
Ali təhsil (İqtisadiyyat, Maliyyə və ya Hüquq sahələri
üstünlükdür);
Problemli kreditlərin yığılması sahəsində minimum 1-3 il iş
təcrübəsi;
Danışıqlar aparma, inandırma və psixoloji təsir göstərmə
bacarığı;
Stressə davamlılıq və gərgin iş rejimində çalışmaq
qabiliyyəti;
Analitik düşünmə və sürətli qərar vermə
bacarığı.
Şərtlər:
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq fərdi danışıqlar əsasında
(maaş + bonus sistemi) təyin ediləcək;
Peşəkar inkişaf və artım
imkanları;
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər. Mövzu hissəsində "Problemli kreditlər üzrə mütəxəssis" qeyd olunması
mütləqdir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
