Vakansiya haqqında
Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün İstehsalat Texniki Xidmətinin
Texniki Nəzarət və Keyfiyyət şöbəsinə Elektrik mühəndis axtarırıq!
Vəzifə funksiyası:
Namizəd elektrik təchizatı və paylayıcı sistemlərin texniki vəziyyətinin
qiymətləndirilməsi, qurğularının istismarı və texniki xidmət proseslərinə nəzarət, elektrik layihələrinin və texniki
sənədlərin təhlili, uyğunsuzluqların və nasazlıqların səbəblərinin müəyyən edilməsi, eləcə də onların aradan
qaldırılması üzrə təkliflərin hazırlanması işlərini həyata keçirəcək.
Sizi hansı öhdəliklər gözləyir?
Elektrik təchizatı və paylayıcı sistemlərin texniki vəziyyətini qiymətləndirmək,
istismar və texniki xidmət proseslərinə nəzarət etmək;
Qurğularının, güc
transformatorlarının, kommutasiya avadanlıqlarının və kabel xətlərinin texniki vəziyyətini təhlil
etmək;
Sxemlərini təhlil etmək, layihə həllərinin faktiki istismar
şəraitinə uyğunluğunu qiymətləndirmək və texniki uyğunsuzluqları müəyyənləşdirmək;
Avadanlıqlarında yaranan nasazlıqların səbəblərini araşdırmaq və onların aradan qaldırılması
üzrə texniki təkliflər hazırlamaq;
Elektrik yüklərinin, işçi
cərəyanların, gərginlik düşümünün və qısaqapanma cərəyanlarının hesablanmasını həyata keçirmək;
Rele mühafizəsi, avtomatika, ehtiyat qidalanmanın avtomatik qoşulması (AVR) və elektrik
idarəetmə sistemlərinin iş prinsiplərini təhlil etmək;
Podratçı
təşkilatlar tərəfindən yerinə yetirilən işlərin texniki tələblərə və layihə sənədlərinə uyğunluğunu
yoxlamaq;
Texniki hesabatlar, nöqsan aktları və müvafiq texniki təkliflər
hazırlamaq;
Elektrik qurğularının istismarı zamanı təhlükəsizlik
qaydalarına və qüvvədə olan normativ tələblərə riayət olunmasına nəzarət etmək.
Namizədlərdən tələblərimiz
Ali təhsil (Elektrik mühəndisliyi, elektroenergetika, elektrik təchizatı və ya
müvafiq texniki ixtisas üzrə);
Elektrik qurğularının istismarı, texniki
xidməti və ya layihələndirilməsi sahəsində minimum 3 il iş təcrübəsi;
Elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və istehlakının əsas prinsipləri üzrə
biliklər;
0,4 kV və orta gərginlikli elektrik paylayıcı qurğularının, güc
transformatorlarının, açarların, ayırıcıların və digər kommutasiya avadanlıqlarının iş prinsiplərini
bilmək;
Elektrik təchizatı sistemlərinin birxətli və prinsipial
sxemlərini oxumaq və təhlil etmək bacarığı;
Kabel xətlərinin seçilməsi,
en kəsiyinin hesablanması və mühafizə aparatlarının seçilməsi prinsipləri üzrə biliklər;
Rele mühafizəsi, avtomatika, AVR, torpaqlama və elektrik cərəyanından mühafizə üsulları üzrə
biliklər;
Elektrik mühərrikləri, tezlik çeviriciləri, yumşaq işəsalma
qurğuları və idarəetmə sistemləri üzrə biliklər;
PLC və SCADA sistemləri
barədə ümumi anlayış;
AutoCAD proqramında elektrik sxemlərini və layihə
çertyojlarını oxumaq bacarığı;
Elektrik Qurğularının Quraşdırılması
Qaydaları (EQQQ), elektrik qurğularının texniki istismarı və təhlükəsizlik qaydaları, həmçinin IEC 60364, IEC 60947,
IEC 62271 və IEC 60204-1 standartları üzrə biliklər;
Texniki sənədləri,
hesabatları və nöqsan aktlarını hazırlamaq bacarığı;
MS Office
proqramlarında sərbəst işləmək bacarığı;
İngilis və ya rus dilində
texniki sənədləri oxumaq bacarığı;
Analitik düşünmə və problem həll etmə
bacarığı.
Metropoliten Sizə nə təklif edir?
Sabit və etibarlı iş mühiti;
Peşəkar
komandada inkişaf və karyera imkanları;
Metropolitendən ödənişsiz
istifadə imkanı;
Güzəştli nahar təminatı;
Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz digər sanatoriyalarda güzəştli istirahət
imkanı;
Psixoloji dəstək xidməti.
Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək
müvafiq vakansiya linki iləhttps://hr.metro.gov.az/vacancy/5684 müraciətinizi tamamlaya bilərsiniz.
Uğurlar!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
