Vakansiya haqqında
Knight Academy Bakıda premium standartlı dil akademiyasıdır: İngilis dili, IELTS, Alman
dili və xaricdə təhsil. Alman dili proqramımız böyüyür və təcrübəli alman dili müəllimimizin komandasına
A1–A2 qruplarını aparacaq junior alman dili müəllimi axtarırıq.
Vəzifə öhdəlikləri
A1–A2 səviyyəli alman dili qruplarında dərslərin keçirilməsi
Akademiyanın tədris proqramı və hazır rəqəmsal materialları ilə işləmək — baş müəllimin
metodiki rəhbərliyi ilə
Dərslərə hazırlıq, tələbə irəliləyişinin və
davamiyyətin qeydə alınması
Akademiyanın dərs standartlarına əməl etmək:
dəqiqlik, nizam-intizam, peşəkar görünüş
Tələblər
Alman dili: minimum B2. Goethe / telc / ÖSD sertifikatı
üstünlükdür; sertifikatı olmayan namizədlər müsahibədə səviyyə testi və canlı danışıq yoxlamasından
keçəcək
Başlanğıc səviyyəli tələbələrə səbirli və aydın izah
bacarığı
Dərslər əyani keçirilir — Xətaidə, metro
yanında. Yalnız onlayn işləmək istəyən namizədlər uyğun deyil
Hazırda başqa yerdə işləyən namizədlər bu vəzifəyə uyğun
deyil
Dəqiqlik, məsuliyyət və uzunmüddətli əməkdaşlıq
niyyəti
Üstünlük sayılır
Alman dili tədrisi təcrübəsi (kurs mərkəzi, məktəb və ya
universitet)
Rus dili bilmək
İngilis dili bilmək
Biz nə təklif edirik
Təcrübəli müəllimdən daxili təlim və metodiki dəstək
Tələbə cəlbi və inzibati işlər akademiyanın üzərindədir — siz tədrisə
fokuslanırsınız
CV-nizi (istəsəniz, müşayiət məktubu ilə birlikdə)Müraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərin. Məktubun mövzusunda vəzifənin adını qeyd edin: Alman dili müəllimi (Junior,
A1–A2).
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
