Vakansiya haqqında
Vəzifənin məqsədi
Şirkətin maliyyə və kommersiya əməliyyatlarının düzgünlüyünü, şəffaflığını və daxili
nəzarət mexanizmlərinə, biznes proseslərinə və struktur bölmələrinin fəaliyyətinə müstəqil nəzarətin həyata
keçirilməsi, maliyyə itkiləri, mənimsəmə və digər sui-istifadə risklərin müəyyən edilməsi, maliyyə və əməliyyat
intizamının qiymətləndirilməsi, eləcə də fəaliyyətin səmərəliliyinin artırılması üzrə təkliflərin
verilməsi.
Əsas vəzifə öhdəlikləri
Şirkətin maliyyə əməliyyatlarının, gəlir və xərclərinin, ödənişlərin,
hesablaşmaların və maliyyə sənədlərinin yoxlanılması.
Mühasibat uçotu
məlumatlarının, ilkin sənədlərin, müqavilələrin, hesab-fakturaların və digər maliyyə sənədlərinin düzgünlüyünün və
uyğunluğunun yoxlanılması.
Büdcəyə riayət olunmasına, xərclərin
əsaslandırılmasına və maliyyə resurslarından səmərəli istifadəyə nəzarət edilməsi.
Şirkətin bütün struktur bölmələrinin və departamentlərinin fəaliyyətinin müəyyən edilmiş
prosedur, qayda və daxili siyasətlərə uyğunluğunun yoxlanılması.
Satınalma, anbar, logistika, satış, insan resursları və digər əməliyyat bölmələrində
proseslərin, sənədləşmənin və nəzarət mexanizmlərinin qiymətləndirilməsi.
Mal-material qalıqlarının, inventarların, əsas vəsaitlərin və digər şirkət aktivlərinin
uçotunun və faktiki mövcudluğunun yoxlanılması.
Müqavilə öhdəliklərinin,
təsdiq prosedurlarının, səlahiyyət bölgüsünün və daxili qaydaların icrasına nəzarət edilməsi.
Maliyyə itkiləri, əsassız xərclər, uyğunsuzluqlar, sui-istifadə ehtimalları və əməliyyat
risklərinin müəyyən edilməsi və araşdırılması.
Daxili nəzarət
sistemindəki boşluqların aşkar edilməsi, risklərin qiymətləndirilməsi və onların aradan qaldırılması üçün
tövsiyələrin hazırlanması.
Audit yoxlamalarının nəticələri üzrə
hesabatların, aşkar edilmiş nöqsanların və düzəldici tədbirlərin təqdim edilməsi.
Əvvəlki audit yoxlamaları nəticəsində verilmiş tövsiyələrin icra vəziyyətinin
izlənilməsi.
Rəhbərliyin tapşırığı əsasında xüsusi yoxlamaların və
xidməti araşdırmaların aparılması.
Namizədə dair tələblər
Maliyyə, mühasibat uçotu, iqtisadiyyat, audit və ya müvafiq sahə üzrə ali
təhsil.
Daxili audit, maliyyə nəzarəti, mühasibat uçotu və ya risklərin
idarə edilməsi sahəsində minimum 3 il iş təcrübəsi.
Maliyyə hesabatları,
mühasibat uçotu prinsipləri və maliyyə-təsərrüfat əməliyyatları üzrə biliklər.
Daxili nəzarət sistemləri, risklərin qiymətləndirilməsi və audit metodologiyaları barədə
anlayış.
Müqavilələrin, ilkin uçot sənədlərinin və əməliyyat
sənədləşməsinin təhlili bacarığı.
MS Excel proqramı ilə sərbəst işləmək
və böyük həcmli məlumatları təhlil etmək bacarığı.
Analitik düşünmə,
detallara diqqət, obyektivlik və sistemli yanaşma.
Müstəqil işləmək,
problemləri müəyyənləşdirmək və əsaslandırılmış həll təklifləri vermək bacarığı.
Yüksək etik davranış, məxfilik prinsiplərinə riayət və peşəkar ünsiyyət
bacarığı.
Üstünlük hesab olunur:
ACCA, CIA, CIMA və ya digər müvafiq peşəkar sertifikatların olması və ya bu
istiqamətdə təhsil.
ERP və mühasibatlıq proqramları ilə iş
təcrübəsi.
Satınalma, anbar, logistika, satış və digər əməliyyat
proseslərinin auditi üzrə təcrübə.
Azərbaycan dilində sərbəst yazılı və
şifahi ünsiyyət; xarici dil bilikləri əlavə üstünlükdür.
İş vaxtının norması:
09:00-17:00 / 5 günlük iş həftəsi
İstirahət günü: Şənbə və Bazar günü
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Nahar şirkət tərəfindən təmin edilir;
İş yeri:
Xırdalan şəhəri, Bakı-Quba şosesinin şərqi 18 A (Masazır dairəsinin
yaxınlığıhttps://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə
saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
