Vakansiya haqqında
İş yeri: Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)
Vəzifə öhdəlikləri:
Layihə-smeta sənədlərinin yoxlanılması;
Layihə/spesifikasiya və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
Layihə-smeta sənədlərinin ekspertizadan keçirilməsi və yaranmış iradların operativ şəkildə
aradan qaldırılmasının təmin edilməsi;
Layihəyə uyğun olaraq iş
həcmlərinin yoxlanılması;
Tikinti materiallarının, avadanlıqların və
məmulatların cari bazar qiymətlərinin təhlil edilməsi, qiymətləndirilməsi və smeta dəyərinə uyğunluğunun
yoxlanılması;
Layihə icrası zamanı faktiki dəyişikliklərə əsasən smeta
sənədlərinin yenilənməsi;
İcraçılar tərəfindən yerinə yetirilmiş işlərlə
bağlı təqdim edilən hesabatların yoxlanılması;
Smeta sənədləri əsasında
iş həcmləri (BOQ) cədvəllərinin hazırlanması;
Smeta və xərclər üzrə
zəruri təhlillərin aparılması.
Namizədə tələblər:
İnşaat mühəndisliyi və ya tikintinin-iqtisadiyyatı ixtisası üzrə ali
təhsil;
Müvafiq sahə üzrə (smeta mühəndisliyi sahəsində) ən azı 3–5
il iş təcrübəsi;
Tikinti norma və qaydalarını (AzDTN, SNİP və s.),
smeta hazırlanma qaydalarını bilməli;
AutoCAD, MS Office (xüsusilə
peşəkar səviyyədə Excel) və dövlət smeta proqramında (e-semta.ttnd.az) sərbəst işləmək
bacarığı;
İnşaat prossesi haqqında biliklər, analitik düşüncə,
yüksək məsuliyyət və sənəd intizamı.
Təklif olunur:
Stabil əmək haqqı (müsahibə əsasında, 1500-2000 AZN);
Peşəkar inkişaf;
Dövlət layihələrində iştirak etmək
imkanı
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan dilində olan
CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində “Smeta mühəndisi” yazmaqla
göndərə bilərlər. Seçim müsahibə yolu ilə aparılır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
