Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Şirkətə gələn qonaq və müştərilərin qarşılanması, müvafiq şəxslərə yönləndirilməsi,
rəhbərliyin və qonaqların çay və kofe servisi ilə təmin edilməsi.
Daxil
olan telefon zənglərinin cavablandırılması və aidiyyəti şəxslərə yönləndirilməsi.
Şirkətə daxil olan və göndərilən məktubların, sənədlərin və bağlamaların qəbulu, qeydiyyatı və
müvafiq şəxslərə çatdırılması.
Görüşlərin və qonaq qəbullarının
təşkili.
Ofisə aid sənədlərin hazırlanması, çapı, skan edilməsi və
surətlərinin çıxarılması.
Müqavilə, məktub, ərizə, əmr və digər rəsmi
sənədlərin çapı, skan edilməsi və sistemləşdirilməsi.
Sənədlərin
aidiyyəti struktur bölmələrə və əməkdaşlara vaxtında çatdırılmasının təmin edilməsi.
Sənədlərin elektron və fiziki arxivinin yaradılması, sistemləşdirilməsi və mühafizəsinin təmin
edilməsi.
Daxil olan elektron poçtların izlənilməsi və aidiyyəti şəxslərə
yönləndirilməsi.
Ofis ləvazimatlarına nəzarət edilməsi və zərurət
yarandıqda sifarişlərin təşkili.
Ofisin ümumi səliqə-sahmanına və işgüzar
mühitinin qorunmasına nəzarət edilməsi.
Rəhbərlik tərəfindən verilən
digər inzibati tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.
Tələblər
Təhsil: Ali təhsil.
İş təcrübəsi: Müvafiq sahədə 1–2 il iş təcrübəsi
arzuolunandır.
Dil bilikləri: Azərbaycan dili (sərbəst),
rus dili (sərbəst).
Kompüter bilikləri: MS Office
proqramları (Word, Excel, Outlook, PowerPoint).
Şəxsi keyfiyyətlər:
Yüksək ünsiyyət və kommunikasiya bacarığı;
Səliqəli və məsuliyyətli olmaq;
Nəzakətli və xoş
ünsiyyət qurmaq bacarığı;
Təşkilatçılıq və
operativlik;
Komandada işləmək bacarığı;
Diqqətlilik və detallara önəm vermək;
İşgüzar etika
və məxfilik qaydalarına riayət etmək.
İş şəraiti
İş qrafiki: Bazar ertəsi – Cümə (09:00–18:00)
Əməkhaqqı: Müsahibə əsasında təyin olunur.
Ünvan: Çinar Plaza, Heydər Əliyev prospekti 152.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
