Vakansiya haqqında
“AZZA” QSC – bu gün Azərbaycanın ən böyük şirniyyat mağazaları
şəbəkə “ Mağazaların təmiri və texniki xidməti üzrə texniki
mütəxəssislər “vakansiyalarını elan edir.
Fəaliyyətimizin genişləndirilməsi ilə əlaqədar mağazalarımızda təmir, quraşdırma və
texniki işlərin həyata keçirilməsi üçün texniki mütəxəssislər axtarırıq.
Vakant vəzifələr:
Elektrik
Kondisioner
ustası
Soyuducu ustası
Texniki
işçi
Əsas vəzifələr:
Mağazalarda təmir və texniki işlərin həyata keçirilməsi;
Elektrik avadanlıqlarına texniki xidmət və təmir işlərinin aparılması;
Kondisioner və soyuducu avadanlıqlarının texniki xidməti və təmiri;
Xırda təmir və təsərrüfat işlərinin görülməsi;
Texniki nasazlıqların operativ şəkildə aradan qaldırılması;
Planlı və cari təmir işlərinin həyata keçirilməsi.
Komanda ilə işləmək bacarlığı olmalıdır.
İstifadə
olunan təmir tikinti materiallarının konstruktiv xüsusiyətlərini, təyinatını, iş prinsiplərini və istismarı
qaydalarını bilməlidir.
Namizədə tələblər:
Müvafiq sahə üzrə iş təcrübəsi;
Məsuliyyətli və intizamlı olmaq;
Texniki biliklərə
malik olmaq;
Nasazlıqların operativ şəkildə aradan qaldırılması
bacarığı;
Şəxsi avtomobilin olması
mütləqdir;
Səyyar iş rejimində işləməyə hazır
olmaq.
İş şəraiti:
İş yeri: Gəncə şəhəri;
İş qrafiki: 6 günlük iş həftəsi;
Əmək haqqı: namizədin təcrübə və peşəkar bacarıqlarından asılı olaraq
müəyyən edilir.
Namizədlərdən mövzu hissəsində “Mağazaların təmiri və texniki xidməti üzrə
mütəxəssislər” vakansiyasının adını qeyd etməklə, fotoşəkilli
CV-lərini Müraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlər müsahibəyə dəvət
olunacaqlar.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
