Vakansiya haqqında
Hazırda şirkətimizə SƏTƏM Nəzarətçisitələb olunur.
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi,
Səngərqaya-1 yolu, 7-ci km.
Tələblər:
Texniki sahə üzrə ali təhsil.
Sağlamlıq
və əməyin təhlükəsizliyi sahəsində ən azı 5 il iş təcrübəsi; sənaye müəssisələrində və komanda idarəetməsi
təcrübəsinin olması üstünlükdür.
Azərbaycanın əməyin mühafizəsi, sənaye
və yanğın təhlükəsizliyi qanunvericiliyi, həmçinin ISO 45001 standartı üzrə biliklər.
Risklərin qiymətləndirilməsi, PTW, LOTO, hadisələrin təhqiqatı və kök səbəb təhlili üzrə
biliklər.
Fövqəladə hallara hazırlıq və yanğın təhlükəsizliyi üzrə
biliklər; sement istehsalının təhlükəsizlik riskləri üzrə biliklər üstünlükdür.
Liderlik, analitik düşünmə, qərarvermə, effektiv ünsiyyət və komanda işi
bacarıqları.
İşgüzar səviyyədə ingilis dili biliyi və MS Office
proqramlarında işləmək bacarığı.
Tələb olunan kompetensiyalar:
Müştəriyönümlülük
Bütövlük
Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
Qanunvericilik, ISO 45001 və korporativ SƏTƏM tələblərinə uyğunluğu qiymətləndirmək,
tədbirlərin icrasına nəzarət etmək.
SƏTƏM komandasının işini
planlaşdırmaq, tapşırıqları koordinasiya etmək və komanda üzvlərinin inkişafını dəstəkləmək.
SƏTƏM siyasəti, prosedur və təlimatlarının hazırlanmasını koordinasiya etmək, məqsəd və
hədəflərin müəyyən edilməsində iştirak etmək.
Planlı və növbədənkənar
SƏTƏM yoxlamalarını təşkil etmək, uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək.
Təhlükələrin müəyyən edilməsi və risklərin qiymətləndirilməsini koordinasiya etmək, nəzarət
tədbirlərinin effektivliyini qiymətləndirmək.
Yüksək riskli işlərin
(hündürlükdə, qapalı sahələrdə, isti işlər, yükqaldırma, elektrik işləri) PTW və LOTO tələblərinə uyğun aparılmasına
nəzarət etmək.
İşçilər, podratçılar və ziyarətçilər üçün SƏTƏM təlimləri
və maarifləndirmə tədbirləri təşkil etmək.
Bədbəxt hadisə, xəsarət və
az-qala hadisələrin araşdırılmasını koordinasiya etmək, düzəldici tədbirlərin icrasına nəzarət
etmək.
Podratçıların SƏTƏM göstəricilərini izləmək və müqavilə
öhdəliklərinə uyğunluğunu qiymətləndirmək.
Yanğın təhlükəsizliyi
tələblərinə və yanğından mühafizə sistemlərinin yoxlanılmasına nəzarət etmək.
Fövqəladə hallara hazırlıq, təxliyə planları və təlim-məşqlərin təşkilini koordinasiya
etmək.
Törəmə müəssisələrdə korporativ SƏTƏM tələblərinin tətbiqini
koordinasiya etmək, məsul şəxslərə metodiki dəstək göstərmək.
Daxili və
xarici auditlərə, dövlət yoxlamalarına hazırlığı koordinasiya etmək.
SƏTƏM üzrə əsas performans göstəricilərini,yoxlama nəticələrini təhlil etmək, rəhbərliyə dövri
hesabatlar təqdim etmək.
Təhlükəsizlik mədəniyyətinin inkişafını və
işçilərin SƏTƏM məsələlərində iştirakını təşviq etmək.
Biz nə təklif edirik:
Könüllü tibbi sığorta
Servis
avtobusu
Şəxsi və peşəkar inkişaf imkanları
İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd
etməkləMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
