Vakansiya haqqında
CONCEPT Group restoran və catering sahəsində həyata keçirdiyi layihələrin genişlənməsi
ilə əlaqədar mühasibatlıq şöbəsini gücləndirir.
Biz sadəcə gündəlik mühasibat əməliyyatlarını icra edən əməkdaş axtarmırıq; biz mühasibat
uçotunun bütün əsas sahələrini bilən, rəqəmlərin arxasındakı maliyyə məntiqini anlayan, problemləri özü müəyyən edən
və həll yolları təklif edən, məsuliyyət götürməkdən çəkinməyən güclü mütəxəssis axtarırıq.
Bu vəzifəyə seçiləcək şəxs şirkətin mühasibatlıq proseslərinin inkişafında aktiv iştirak
edəcək və perspektivdə Baş mühasib vəzifəsini tam şəkildə üzərinə götürmək üçün hazırlanacaq.
Əsas vəzifələr:
Mühasibat uçotunun bütün əsas istiqamətlərinin düzgün və tam aparılmasını təmin
etmək;
Kassa, bank, satış, alış, debitor və kreditor əməliyyatlarını
idarə etmək və nəzarətdə saxlamaq;
Təchizatçılar və digər qarşı
tərəflərlə hesablaşmaları və üzləşdirmələri aparmaq;
Anbar və
mal-material uçotunun mühasibat məlumatları ilə uyğunluğunu təmin etmək;
Restoran və catering fəaliyyətinə xas satış, alış, anbar, istehsal və digər əməliyyatların
uçotunu koordinasiya etmək;
Əməkhaqqı, məzuniyyət və digər ödənişlərin
düzgün hesablanmasına nəzarət etmək;
Vergi, DSMF və digər məcburi
hesabatların hazırlanmasını və vaxtında təqdim edilməsini təmin etmək;
Aylıq, rüblük və illik maliyyə hesabatlarını hazırlamaq və təhlil etmək;
Mühasibat sənədlərinin qanunvericiliyə uyğunluğunu yoxlamaq;
Debitor və kreditor borcların vəziyyətini təhlil etmək;
Maliyyə göstəricilərini rəhbərliyə düzgün və vaxtında təqdim etmək;
Mühasibatlıq proseslərində səhvləri və maliyyə risklərini əvvəlcədən müəyyən
etmək;
Mövcud proseslərin təkmilləşdirilməsi və daha effektiv uçot
sisteminin qurulması üzrə təkliflər vermək, süni intellektin bu sahədə tətbiqində maraqlı olmaq
Mühasibatlıq komandasının fəaliyyətinin koordinasiyasında iştirak etmək;
Şirkətin böyüməsi ilə paralel olaraq mühasibatlıq strukturunun inkişafına töhfə
vermək.
Namizədə tələblər:
Aparıcı mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi;
Rəsmi mühasibatlıq sahəsində 5-7 il peşəkar təcrübə;
Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali
təhsil;
Vergi və əmək qanunvericiliyi üzrə bilik;
IIKO proqramında işləmək bacarığı arzuolunandır;
MS
Excel üzrə yaxşı bilik;
Mühasibat uçotunun bütün əsas sahələrini müstəqil
şəkildə idarə edə bilmək bacarığı;
Maliyyə hesabatlarının hazırlanması və
təhlili üzrə təcrübə;
Analitik düşüncə və yüksək məsuliyyət
hissi;
Rəqəmlərlə dəqiq və sistemli işləmə bacarığı;
Qərar qəbul etmək və məsuliyyət daşımaq qabiliyyəti;
Baş mühasib vəzifəsinə keçid üçün peşəkar potensiala malik olmaq.
İş şəraiti
İş yeri: Bakı, 8 Noyabr pr. 23
İş rejimi: Tam iş günü
Əmək haqqı: Namizədin təcrübə və peşəkar səviyyəsinə uyğun olaraq müsahibə
əsasında müəyyən edilir.
Müraciət üçün mövzu hissəsində “Aparıcı Mühasib” qeyd edərək CV-niziMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
