Vakansiya haqqında
İş yeri: Bakı şəhəri
İş qrafiki: Bazar ertəsi – cümə, 09:00–18:00
Vəzifənin məqsədi
Şirkətin maliyyə strategiyasının hazırlanması və həyata keçirilməsi, maliyyə
resurslarının səmərəli idarə olunması, gəlirlilik və əməliyyat effektivliyinin artırılması, maliyyə risklərinin
idarə edilməsi və rəhbərliyin qərarvermə prosesinin etibarlı maliyyə məlumatları ilə
dəstəklənməsi.
Əsas vəzifə və öhdəliklər
Maliyyə departamentinin fəaliyyətinə rəhbərlik etmək, maliyyə strategiyasını
şirkətin biznes məqsədləri ilə uzlaşdırmaq;
Şirkət və əlaqəli hüquqi
şəxslər üzrə büdcələşdirmə, maliyyə planlaşdırması, proqnozlaşdırma və büdcə icrasına nəzarət proseslərini təşkil
etmək;
İdarəetmə uçotu, mühasibat uçotu, vergi uçotu, xəzinədarlıq və
maliyyə hesabatlılığı proseslərinin düzgün və vaxtında həyata keçirilməsini təmin etmək;
Gəlirlilik, marjinallıq, məhsul və satış kanalları üzrə maliyyə göstəricilərini təhlil etmək,
xərclərin optimallaşdırılması və əməliyyat səmərəliliyinin artırılması üzrə təşəbbüslər irəli
sürmək;
Pul vəsaitlərinin hərəkətini, likvidliyi, dövriyyə kapitalını və
banklarla maliyyə münasibətlərini idarə etmək;
Şirkətin maliyyə
nəticələrini mütəmadi təhlil etmək, büdcədən kənarlaşmaları müəyyənləşdirmək və düzəldici tədbirlər
hazırlamaq;
ERP sistemlərinin maliyyə modullarının tətbiqi və inkişafı
proseslərinə rəhbərlik etmək, maliyyə hesabatlılığının avtomatlaşdırılmasını və hesabatların hazırlanma müddətinin
optimallaşdırılmasını təmin etmək;
Maliyyə hesabatlarının Azərbaycan
Respublikasının qanunvericiliyinə və tətbiq olunan hallarda Beynəlxalq Maliyyə Hesabatları Standartlarına
(BMHS/IFRS) uyğun hazırlanmasına nəzarət etmək;
Vergi öhdəliklərinin
düzgün hesablanmasını, vergi risklərinin idarə edilməsini və qanunvericiliyə uyğunluğun təmin edilməsini təşkil
etmək;
Maliyyə nəzarəti, daxili nəzarət mexanizmləri və maliyyə
risklərinin idarə edilməsi sistemlərini təkmilləşdirmək;
Baş direktor və
digər rəhbərlər üçün maliyyə təhlilləri, biznes ssenariləri və strateji qərarları dəstəkləyən tövsiyələr
hazırlamaq;
Audit proseslərini, xarici auditorlar və müvafiq maliyyə
tərəfdaşları ilə əməkdaşlığı koordinasiya etmək;
Maliyyə departamentinin
komandasını idarə etmək, əməkdaşların peşəkar inkişafını və funksiyanın effektiv fəaliyyətini təmin
etmək.
Namizədə dair tələblər
Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və ya əlaqəli sahə üzrə ali
təhsil;
Magistr dərəcəsi, xüsusilə maliyyə və ya biznesin idarə edilməsi
üzrə təhsil üstünlükdür;
Maliyyə sahəsində minimum 8 il iş təcrübəsi, o
cümlədən minimum 5 il rəhbər vəzifədə — Maliyyə Direktoru, Maliyyə Direktorunun müavini və ya ekvivalent rəhbər
vəzifədə təcrübə;
Pərakəndə satış (retail) sektorunda praktiki
maliyyə idarəetməsi təcrübəsi üstünlük deyil, əsas seçim meyarlarından biri hesab
olunur;
Büdcələşdirmə, maliyyə planlaşdırması, idarəetmə uçotu,
xəzinədarlıq və maliyyə hesabatlılığı üzrə dərin bilik və praktiki təcrübə;
Azərbaycan Respublikasının vergi qanunvericiliyi və BMHS/IFRS üzrə yüksək səviyyədə
bilik;
ERP sistemləri ilə praktiki iş təcrübəsi; maliyyə modullarının
tətbiqi, təkmilləşdirilməsi və avtomatlaşdırılması layihələrində iştirak üstünlükdür;
Bir neçə hüquqi şəxsdən ibarət qrup və ya holdinq strukturunda maliyyə proseslərinin idarə
edilməsi təcrübəsi;
Distribusiya, geniş mağaza şəbəkəsi və ya yüksək
əməliyyat həcminə malik biznesdə maliyyə idarəetməsi təcrübəsi üstünlükdür;
ACCA, CIMA, CFA və ya CPA kimi beynəlxalq peşəkar sertifikatlardan birinin olması
üstünlükdür;
Xaricdə təhsil və ya beynəlxalq iş təcrübəsi
üstünlükdür;
Maliyyə göstəricilərinin təhlili, strateji planlaşdırma və
biznes qərarlarının maliyyə baxımından qiymətləndirilməsi bacarığı;
Güclü
analitik düşüncə, liderlik, danışıqlar aparmaq və qərarvermə bacarıqları;
Yüksək məsuliyyət, dəqiqlik, etik davranış və məxfi məlumatlarla işləmək
bacarığı.
Biz nə təklif edirik?
Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya
imkanları;
Böyük və dinamik pərakəndə satış şirkətində rəhbər vəzifədə
çalışmaq imkanı;
Şirkətin maliyyə strategiyasının formalaşdırılmasında və
biznesin inkişafında birbaşa iştirak;
Maliyyə proseslərinin
rəqəmsallaşdırılması və təkmilləşdirilməsi layihələrinə rəhbərlik etmək imkanı;
Peşəkar inkişaf və karyera imkanları;
Müasir ofis
şəraiti və əməkdaşlığa əsaslanan iş mühiti.
Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun hesab edilən namizədlərlə
əlaqə saxlanılacaq.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
