Vakansiya haqqında
Karat Holdinq haqqında: Karat Holding müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələri
birləşdirən şirkətlər qrupudur. Qrup müəssisələrində maliyyə və əməliyyat fəaliyyətinin qiymətləndirilməsi,
risklərin müəyyənləşdirilməsi və iş proseslərinin təkmilləşdirilməsi üçün analitik düşüncəli, diqqətli və sahə işinə
hazır daxili auditor axtarırıq.
İş şəraiti
İş yeri:Yasamal ray.,M.Muxtarov,ev 201
İş qrafiki:5 günlük iş həftəsi, 08:00–17:00
Əməkhaqqı:700-1200 Azn(namizədin bilik və təcrübəsinə uyğun
olaraq müsahibə əsasında müəyyən edilir).
Əsas vəzifə öhdəlikləri
Təsdiq edilmiş iş planı üzrə maliyyə, əməliyyat və inzibati fəaliyyətləri yoxlamaq,
zəruri məlumatları toplamaq və əsas riskləri qiymətləndirmək.
Audit
prosedurlarını hazırlamaq və tətbiq etmək; müqavilələri, ilkin sənədləri, əməliyyat qeydlərini və elektron sistem
məlumatlarını nəzərdən keçirərək uyğunsuzluqları müəyyənləşdirmək.
Satış,
gəlirlərin tanınması, debitor borcları və müştəri hesablaşmaları üzrə prosesləri qiymətləndirmək; məlumatların
tamlığını və təsdiq sənədlərinə uyğunluğunu yoxlamaq.
Anbar, ehtiyat və
digər maddi sərvətlərin uçotunu nəzərdən keçirmək, seçmə sayımlar aparmaq və uçot məlumatları ilə faktiki vəziyyət
arasındakı fərqləri araşdırmaq.
İstehsal və əməliyyat fəaliyyətində
resurslardan istifadəni, xərcləri və müəyyən edilmiş göstəricilərə uyğunluğu təhlil etmək; səmərəliliyin artırılması
imkanlarını müəyyənləşdirmək.
Satınalma və təchizat proseslərində
tələbatın əsaslandırılması, təkliflərin qiymətləndirilməsi, sifariş, qəbul və hesablaşma sənədlərinin uyğunluğunu
yoxlamaq.
Əməkhaqqı, davamiyyət və digər müvafiq insan resursları
qeydlərini seçmə üsulu ilə yoxlamaq, təsdiq sənədləri ilə uyğunluğunu qiymətləndirmək.
Əsas vəsaitlər, təmir və investisiya xərcləri üzrə sənədləri nəzərdən keçirmək;
planlaşdırılmış və faktiki göstəricilər arasındakı fərqləri təhlil etmək.
Excel və elektron sistem məlumatlarından istifadə etməklə qeyri-adi əməliyyatları, təkrarlanan
uyğunsuzluqları və digər risk əlamətlərini təhlil etmək.
Audit
sübutlarını, yoxlamanın əhatə dairəsini və seçmə əsaslarını işçi sənədlərində qeyd etmək; tapıntıları faktlar və
risk qiymətləndirməsi ilə əsaslandırmaq.
Audit hesabatları və praktik
tövsiyələr hazırlamaq, razılaşdırılmış tədbirlərin icrasını izləmək və zəruri hallarda təkrar yoxlama
aparmaq.
Xüsusi yoxlamalarda və audit araşdırmalarında iştirak etmək,
audit sənədlərini qaydalara uyğun tərtib edib saxlamaq.
Vəzifə tələbləri
Namizəddən aşağıdakı təhsil, təcrübə və peşəkar bacarıqlara malik olması
gözlənilir:
Maliyyə, mühasibat uçotu, audit, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali
təhsil.
Daxili/xarici audit, maliyyə nəzarəti və ya istehsalat
müəssisəsində daxili nəzarət üzrə azı 3 il təcrübə; 5 il və daha artıq təcrübəyə üstünlük
verilir.
İstehsalat, emal və ya qida sənayesində iş təcrübəsi
üstünlükdür.
Maliyyə sənədləri, debitor-kreditor hesablaşmaları, inventar
uçotu və əsas əmək, vergi və mühasibat tələbləri barədə bilik.
Auditin
planlaşdırılması, nümunə seçimi, sübutların toplanması, risklərin qiymətləndirilməsi və hesabat hazırlanması üzrə
bacarıq.
MS Excel və MS Office proqramlarında sərbəst işləmək; elektron
qeydiyyat və mühasibat sistemləri ilə təcrübə. Power BI və digər analitik alətlər üstünlükdür.
Azərbaycan dilində yazılı və şifahi ünsiyyət bacarığı; ingilis və rus dili biliyi
üstünlükdür.
Ezamiyyətlərdə iştirak etmək və istehsalat sahəsində
yoxlamalar aparmaq imkanı.
Tələb olunan kompetensiyalar
Analitik düşüncə və rəqəmlərlə işləmək bacarığı;
Diqqətlilik, ardıcıllıq və nəticəyönümlülük;
Aydın
yazılı hesabat və şifahi təqdimat bacarığı;
Məsuliyyətlilik, dürüstlük və
məxfilik prinsiplərinə riayət;
Komandada işləmək və müxtəlif səviyyəli
əməkdaşlarla işgüzar ünsiyyət qurmaq bacarığı.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Daxili auditor” qeyd
etməkləMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
