Vakansiya haqqında
Təsvir
İstehsalat və Texnologiya tərəfi:
İstehsalat təcrübəsi ilə nəzarət: Çay kateqoriyasındakı (qara çay,
yaşıl çay, aromatlaşdırılmış çaylar, bitki çayları və müxtəlif çay qarışıqları) məhsulların istehsalat sahələrini,
zavod daxili xətləri və texnologiyasını dərindən bilməklə, tərəfdaş fabriklərin istehsal prosesinə peşəkar nəzarət
etmək.
Reseptura və Xammal daxilolması: Məhsulların çay
xammalının növlərini, keyfiyyət göstəricilərini, yarpaq ölçülərini, blend tərkibini və formulunu (resepturasını)
mükəmməl bilmək, fabrikin təqdim etdiyi keyfiyyətin standartlara uyğunluğunu (dad, qoxu, rəng, dəmlənmə və s.)
texnoloji cəhətdən yoxlamaq.
Xammal auditi: Çay xammalı
növlərini, mənşəyini və bazar qiymətlərini təhlil edərək istehsalçı ilə texniki kommunikasiya qurmaq və gizli
keyfiyyət azalması risklərinin qarşısını almaq.
Satınalma və Kommersiya tərəfi:
Strateji satınalma: Çay kateqoriyası üzrə satınalma strategiyasını
qurmaq, kommersiya baxımından şirkətə ən yuxarı gəlirliliyi (marjanı) təmin etmək.
Müqavilə və Qiymət danışıqları: İstehsalçı fabriklərlə qiymət, ödəniş
şərtləri, logistika və tədarük zənciri müqavilələrini ən optimal kommersiya şərtləri ilə
bağlamaq.
Maya dəyərinin (Cost) idarə edilməsi: İstehsal
xərclərini təhlil edərək əsaslandırılmış və optimal maya dəyərini formalaşdırmaq.
İş qrafiki: 5 gün, 09:00-18:00
Namizədə olan tələblər:
Təhsil: Ali təhsil (Qida mühəndisliyi, Qida texnologiyası, Kimya
texnologiyası, Aqrar sahə və ya müvafiq texniki sahə).
Təcrübə: Pərakəndə satış (Retail), FMCG və ya qida sektorunda Satınalma
/ Kateqoriya idarəedilməsi sahəsində(Çay, qida və ya FMCG sahəsində birbaşa istehsalatda/çay fabrikində texnoloq,
istehsalat və ya keyfiyyət) minimum 5 il, 2 il rəhbər vəzifədə olmaqla iş
təcrübəsi,
Sektor və Bazar Biliyi: Həm çay sənayesinin
istehsalat və texnoloji qaydalarını, həm də pərakəndə sektorunun müştəri tələbi, məhsul portfeli və satınalma
proseslərini eyni dərəcədə yaxşı bilmək.
Çay xammalı üzrə
bilik: Qara və yaşıl çay xammalının növləri, yarpaq ölçüləri, keyfiyyət göstəriciləri, mənşə ölkələri,
blend hazırlanması və məhsulun dad-aroma xüsusiyyətləri haqqında praktiki biliklərə malik
olmaq.
Keyfiyyət və qida təhlükəsizliyi:BRCGS, FSSC
22000, ISO 22000, GLOBALG.A.P. (Good Agricultural Practices), HACCP prinsipləri, sanitariya-gigiyena tələbləri və
məhsulun keyfiyyət göstəriciləri üzrə praktiki biliklərə malik olmaq.
Təchizatçı təcrübəsi: Yerli və xarici çay istehsalçıları və təchizatçılarla
işləmə, fabrik auditləri və məhsul keyfiyyətinin qiymətləndirilməsi üzrə təcrübəyə malik olmaq.
Dil Bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və ya Rus dili
(mütləqdir).
Şəxsi Keyfiyyətlər:Strateji düşünmə və
planlaşdırma,liderlik və komanda idarəetmə bacarığı, analitik düşüncə və qərarvermə
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar təminatı
Nəqliyyat
xidməti
Karyera inkişafı
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
