Vakansiya haqqında
“Abşeron Logistika” MMC “Sənədlərlə iş üzrə kiçik mütəxəssis” vəzifəsi üzrə
vakansiya elan edir.
Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq
standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi
terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir.
Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək
xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız
mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət
edirik.
Ümumi vəzifə öhdəlikləri:
Məlumat bazası ilə işləmək, məlumat bazasını formalaşdırmaq;
Sənədlərlə iş, mövcud müqavilə bazası ilə işləmək, bazanı qorumağı
öyrənmək;
Müqavilələrin tərtibi, rəsmiləşdirilməsi və sənəd dövriyyəsinin
təşkili;
Sənədlərin sistem üzrə arxivləşdirilməsi və qeydiyyatının
aparılması;
Sənəd tərtibatının təmin edilməsi.
Namizədə qarşı tələblər:
Ali təhsil;
Müvafiq sahədə 1 ilədək iş təcrübəsi arzuolunandır;
Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq;
Rus dili biliyi üstünlükdür;
MS Office
proqramlarında iş bacarığı.
Peşəkarlıq tələbləri:
Aktiv, məsuliyyətli və nəticə yönümlü işləmək bacarığı;
Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə inkişaf arzusu;
Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
Komandanın üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq
bacarığı.
Göstərilən tələblərə uyğun namizədlər linkə keçid edərək- https://career.absheronport.az/karyera
portalımız üzərindən və ya CV formalarınıMüraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərməklə müraciət edə
bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Sənədlərlə iş üzrə
kiçik mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə
baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş
namizədlərlə əlaqə saxlanılacaqdır. (Qeyd: Gediş-gəliş üçün nəqliyyat xidməti (servis) göstərilir.)
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
