Vakansiya haqqında
Əsas Tələblər:
Təhsil: Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya müvafiq sahə
üzrə);
İş təcrübəsi: Mühasibatlıq sahəsində minimum 3 il iş
təcrübəsi;
Sertifikatlar: PMS (Peşəkar Mühasib Sertifikatı) və ACCA F3
(Financial Accounting) sertifikatlarının olması mütləqdir (ACCA F7 arzuolunandır);
Proqram bilikləri: 1C proqramını əla səviyyədə bilmək, MS Excel proqramı ilə mükəmməl işləmək
bacarığı;
Şəxsi keyfiyyətlər: Tapşırıqların icrasında yüksək dəqiqlik,
məsuliyyətlilik, etibarlılıq və konfidensiallığın qorunması.
Vəzifə Öhdəlikləri:
İlkin mühasibat sənədlərinin, e-qaimələrin və elektron vergi hesab-fakturalarının
düzgün tərtib edilməsi və 1C proqramına vaxtında daxil edilməsi;
Bank
köçürmələrinin (yerli və xarici), kassa əməliyyatlarının icra olunması və gündəlik uçotunun
aparılması;
Debitor və kreditorlarla qarşılıqlı hesablaşmalara nəzarət
edilməsi, üzləşmə aktlarının tərtibi və bağlanması;
Aylıq, rüblük və
illik maliyyə hesabatlarının hazırlanması;
Daxili maliyyə nəzarətinin
gücləndirilməsi, maliyyə risklərinin müəyyən edilməsi və uyğunsuzluqların aradan qaldırılması;
Rəhbərliyə maliyyə vəziyyəti, gəlir və xərclər, debitor-kreditor borcları və digər maliyyə
göstəriciləri barədə məlumatların təqdim edilməsi;
Vergi, DSMF,
Statistika hesabatlarının hazırlanması;
Material və mal
qalıqlarının, anbar hərəkətlərinin 1C proqramında dəqiq uçotunun aparılması və dövri inventarizasiyada
iştirak;
Əlavə məlumat:
Əmək haqqı: 1500 - 1800 AZN;
İş vaxtı:
09:00 - 18:00;
İstirahət günləri: Şənbə və bazar;
Peşəkar komandada inkişaf və karyera imkanları
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını
(Aparıcı Mühasib) qeyd edərək,Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərilməsi xahiş olunur
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
