Vakansiya haqqında
Təsvir
Bu vəzifə rəqəmsal platformaların strategiyaya uyğun planlanması, inkişafı və davamlı
təkmilləşdirilməsini təmin etməyi nəzərdə tutur.
Vəzifə öhdəlikləri
Layihə sənədlərinin (Project Charter, Roadmap, Risk Register, Stakeholder Register
və s.) hazırlanması, yenilənməsi və idarə olunması; mərhələlərin (milestone) vaxtında və keyfiyyətlə icrasının təmin
edilməsi;
Layihə çərçivəsində büdcə, resurs, vaxt və keyfiyyət
göstəricilərinin effektiv idarə olunması; dəyişikliklərin və risklərin operativ şəkildə qiymətləndirilməsi və idarə
edilməsi;
Tapşırıqların və komanda fəaliyyətinin layihə idarəetmə
alətləri (Jira, Confluence və s.) vasitəsilə planlaşdırılması, prioritetləşdirilməsi və icra monitorinqinin
aparılması;
Dövlət qurumları və aidiyyəti texniki komandalar ilə
koordinasiyanın təmin edilməsi; maraqlı tərəflərin gözləntilərinin, qərarların və asılılıqların idarə
olunması;
Layihə məqsəd və nəticələrinin təşkilatın strateji
prioritetləri və müəyyən edilmiş KPI-larla uyğunlaşdırılması; normativ və hüquqi tələblərə riayət olunmasının təmin
edilməsi;
Qeyri-müəyyənlik və dəyişkən mühitdə prioritetlərin
formalaşdırılması, strukturlaşdırma və effektiv qərarvermənin təmin edilməsi;
Layihə statusu üzrə müntəzəm hesabatların və idarəedici təqdimatların hazırlanması, şəffaf
kommunikasiya mühitinin təmin edilməsi;
Komanda motivasiyasının
qorunması, rolların və məsuliyyətlərin dəqiq müəyyən edilməsi; hesabatlılıq və nəticəyönümlü iş mədəniyyətinin
təşviqi.
Tələblər
Ali təhsil (İT, biznes idarəçiliyi, layihə idarəetməsi və ya müvafiq sahə
üzrə);
Rəqəmsal layihələrin idarə olunması sahəsində minimum 2–3 il iş
təcrübəsi;
Layihə idarəetməsi, strateji planlama və risklərin proaktiv
idarə olunması üzrə təcrübə;
Agile, Scrum, Kanban, Hybrid və Waterfall
metodologiyaları üzrə dərin bilik və praktik təcrübə;
Maraqlı tərəflərlə
effektiv ünsiyyət və qərarvermə bacarığı;
Komandaya liderlik və mentorluq
bacarığı, motivasiya və peşəkar inkişaf təşəbbüslərinin təşkili təcrübəsi;
Jira Software və ya digər tapşırıq idarəetmə sistemləri, eləcə də ESD və oxşar sistemlərlə iş
təcrübəsi;
İT infrastrukturu, DevOps prosesləri və SDLC (Software
Development Life Cycle) üzrə ilkin və ya orta səviyyədə bilik;
Superset,
Tableau və digər analitika/vizuallaşdırma alətləri ilə işləmə bacarığı üstünlükdür;
Qrup və fərdlər qarşısında təqdimat bacarığı;
PMI
ACP, PMP və ya oxşar beynəlxalq sertifikatların olması mütləqdir; PRINCE2 (üstünlükdür)
Rəqəmsal transformasiya və ya beynəlxalq tərəfdaşlıq proqramlarında iştirak üstünlük hesab
olunur;
Məsuliyyətlilik, detallara diqqət və
operativlik.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
