Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
Cəmiyyətin korporativ məlumat ötürmə şəbəkəsinin (LAN, WAN, WLAN) və əlaqəli şəbəkə
infrastrukturunun fasiləsiz, dayanıqlı və təhlükəsiz fəaliyyətinin təmin edilməsi;
Şəbəkə avadanlıqlarının (marşrutlaşdırıcı, kommutator, firewall, Wi-Fi kontroller və giriş
nöqtələri) quraşdırılması, konfiqurasiyası, yenilənməsi və texniki sazlığının təmin edilməsi;
Şəbəkə arxitekturasının layihələndirilməsi, seqmentasiya (VLAN), IP ünvanlama planının
hazırlanması və marşrutlaşdırma siyasətlərinin idarə olunması;
Obyektlər
arasında WAN kanallarının, VPN bağlantılarının və ehtiyat rabitə xətlərinin konfiqurasiyası, monitorinqi və
dayanıqlılığının təmin edilməsi;
Şəbəkə təhlükəsizliyi mexanizmlərinin —
firewall qaydaları, giriş nəzarəti siyahıları (ACL), NAT, IDS/IPS və məzmun filtrasiyası — tətbiqi və idarə
olunması;
Korporativ (İT) və istehsalat (OT/IACS) şəbəkə seqmentləri
arasında təhlükəsiz ayrılmanın və yalnız təsdiqlənmiş trafik axınlarının tətbiqinin təmin
edilməsi;
Şəbəkənin davamlı monitorinqi, kanalların yüklənməsinin
təhlili, nasazlıqların operativ aşkarlanması, diaqnostikası və aradan qaldırılması;
Şəbəkə avadanlıqlarının konfiqurasiyalarının müntəzəm ehtiyat nüsxələnməsi, versiya nəzarəti
və fövqəladə hallarda operativ bərpasının təmin edilməsi;
Strukturlaşdırılmış kabel sisteminin (SCS), optik xətlərin və kommutasiya şkaflarının
vəziyyətinə nəzarət, markalanma və sənədləşmənin aparılması;
İstifadəçilərin və qurğuların şəbəkəyə qoşulması üzrə autentifikasiya mexanizmlərinin (802.1X,
RADIUS, NAC) və qonaq şəbəkəsinin idarə olunması;
Şəbəkə avadanlıqları
üzrə inzibati hesabların, giriş hüquqlarının və konfiqurasiya dəyişikliklərinin korporativ standartlara uyğun idarə
olunması, audit izlərinin saxlanılması;
Mövcud şəbəkə infrastrukturunun
təkmilləşdirilməsi, tutumun planlaşdırılması, yeni texnoloji həllərin araşdırılması və tətbiqi ilə bağlı təkliflər
hazırlamaq;
Şəbəkə topologiyası sxemlərinin, texniki sənədləşmənin,
təlimatların və istismar sənədlərinin hazırlanması və yenilənməsini təmin etmək;
İnternet və rabitə provayderləri, təchizatçılar və xidmət təminatçıları ilə texniki
koordinasiyanı həyata keçirmək, xidmət səviyyəsi göstəricilərinə (SLA) nəzarət etmək;
Şəbəkə ilə bağlı insidentlərin idarə olunması, xidmətlərin operativ bərpası və təkrarlanmanın
qarşısının alınması üzrə tədbirlər görmək; sektor daxilində işlərin koordinasiyasını həyata keçirmək və əməkdaşlara
metodiki dəstək göstərmək;
Hesabat, texniki arayış, rəy və digər xidməti
sənədlərin hazırlanmasında iştirak etmək.
Tələb olunan bilik və bacarıqlar:
Dil bilikləri:Azərbaycan dili səlis, Rus dili və İngilis dili
arzuolunandır;
Yaxşı ünsiyyət qabiliyyəti, əməkdaşlıq, məsuliyyətlilik,
davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, təşkilatı anlama, çeviklik, problem həlletmə
bacarıqları.
Kompüter bilikləri:
Şəbəkə protokolları və texnologiyaları üzrə dərin bilik: TCP/IP, IPv4/IPv6, VLAN,
STP, EtherChannel/LACP, QoS və multicast;
Marşrutlaşdırma protokolları
(OSPF, BGP, statik marşrutlaşdırma) və L2/L3 kommutasiya üzrə konfiqurasiya və nasazlıqların aradan qaldırılması
təcrübəsi;
Korporativ səviyyəli şəbəkə avadanlıqları (Fortinet, Cisco,
HPE/Aruba, Huawei, MikroTik və digər analoji istehsalçılar) üzrə quraşdırma, konfiqurasiya və idarəetmə
bacarığı;
Firewall və NGFW platformaları (Fortinet, Palo Alto, Check
Point və digər analoji həllər) üzrə təhlükəsizlik siyasətlərinin qurulması, NAT, VPN (IPSec, SSL) və seqmentasiya
təcrübəsi;
Simsiz şəbəkə həlləri: Wi-Fi kontrollerlər, giriş nöqtələri,
əhatə dairəsinin planlaşdırılması və optimallaşdırılması üzrə bilik və praktiki təcrübə;
Şəbəkəyə giriş nəzarəti mexanizmləri: 802.1X, RADIUS/TACACS+, NAC həlləri və sertifikat əsaslı
autentifikasiya;
Şəbəkə xidmətlərinin (DNS, DHCP, NTP, proxy) idarə
olunması və Active Directory mühiti ilə inteqrasiyası üzrə biliklər;
Monitorinq və idarəetmə alətləri (Zabbix, PRTG, ManageEngine OpManager, NetFlow/sFlow təhlili,
SNMP, syslog) vasitəsilə şəbəkənin izlənilməsi, konfiqurasiyaların edilməsi və təhlili
bacarığı;
Strukturlaşdırılmış kabel sistemləri, optik xətlər,
patç-panellər və kommutasiya şkaflarının quruluşu üzrə biliklər; şəbəkə ölçmə və diaqnostika alətlərindən istifadə
bacarığı;
Sənaye şəbəkələri və OT/İT seqmentasiyası (Purdue modeli,
sənaye protokolları üzrə ümumi anlayış) barədə biliklər arzuolunandır;
Windows Server və Linux əməliyyat sistemləri üzrə baza səviyyəsində biliklər; texniki
sənədlərlə, şəbəkə topologiyası sxemləri ilə və inzibati hesabatlarla işləmək bacarığı;
Şəbəkə üzrə peşəkar sertifikatların (CCNA/CCNP, NSE, JNCIA və ya analoji) olması
arzuolunandır.
Tələb olunan təhsil:
Ali təhsil (İT üzrə olması arzuolunandır)
Tələb olunan iş təcrübəsi:
Müvafiq sahə üzrə 3 il iş təcrübəsi.
İş qrafiki:
Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq
şərtilə həftə içi 5 gün.
Əmək haqqı və əlavə imtiyazlar:
Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən
edilir.
Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda)
iştirak etmək imkanı yaradılır.
Əməkdaşlara idmanla məşğul olmaq üçün
müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
Nəqliyyat
xidməti.
Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
