Vakansiya haqqında
Main Freight Logistics komandasına qoşul!
Main Freight Logistics beynəlxalq nəqliyyat-logistika şirkəti komandamıza qoşulacaq
təcrübəli və məsuliyyətli Logistika Mütəxəssisi axtarır.
Avropadan yükdaşımaların təşkili sahəsində təcrübəniz varsa, daşıyıcılarla işləməyi və
yeni imkanlar yaratmağı sevirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq!
Vəzifə öhdəlikləri
Avropadan LTL (qismən yüklər) və FTL (tam yüklər) daşımalarının
təşkili;
Etibarlı daşıyıcıların tapılması və onlarla danışıqların
aparılması;
Rəqabətqabiliyyətli qiymətlərin əldə edilməsi və sərfəli
marşrutların müəyyənləşdirilməsi;
Yüklərin daşınma prosesinin
başlanğıcdan təhvil verilənədək izlənilməsi;
Daşımalar zamanı yaranan
məsələlərin operativ həlli;
Daşıma sənədlərinin hazırlanması və
yoxlanılması;
Məlumatların şirkətin məlumat bazasına vaxtında daxil
edilməsi.
Namizədə tələblər
Ali təhsil;
Avropadan LTL və FTL
yüklərinin daşınması sahəsində minimum 2 il iş təcrübəsi;
İngilis dili biliyi;
Beynəlxalq yükdaşımalar və
ekspedisiya prosesləri haqqında biliklər;
Daşıyıcılarla effektiv
danışıqlar aparmaq və sərfəli qiymətlər əldə etmək bacarığı;
Yüksək
məsuliyyət, diqqətlilik və təşkilatçılıq qabiliyyəti;
Operativ qərarvermə
və problem həll etmə bacarığı;
Komandada işləmək və iş proseslərini
müstəqil idarə etmək bacarığı.
Biz nə təklif edirik?
Sabit əmək haqqı və əlavə bonuslar;
Yüksək qazanc imkanı — iş nəticələriniz artdıqca gəlirinizi artırmaq
imkanı;
Əmək nəticələrinə əsaslanan şəffaf və motivasiyaedici bonus
sistemi;
Nahar yeməyinin şirkət tərəfindən təmin
edilməsi;
5 günlük iş həftəsi və rahat iş qrafiki;
Beynəlxalq logistika sahəsində peşəkar inkişaf imkanı;
Peşəkar və dinamik komandada işləmək mühiti.
İş şərtləri
İş qrafiki: Bazar ertəsi – cümə, saat
10:00–18:00;
İş yeri: Bakı şəhəri, Bəsti Bağırova küçəsi
12, Məryəm Plaza.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
