Vakansiya haqqında
JYSK komandamıza məsuliyyətli, çevik və fiziki cəhətdən aktiv
Yükləyici – Anbar əməkdaşı axtarırıq.
Əgər dinamik iş mühitində çalışmağı sevirsinizsə, fiziki iş sizin üçün uyğundursa və
komandada işləməyi bacarırsınızsa, JYSK komandasında sizi görməkdən məmnun olarıq!
JYSK-də logistika və anbar komandası malların mağazalara və onlayn sifarişlərə vaxtında
və səmərəli çatdırılmasında mühüm rol oynayır.
Tələblər
Təchizat maşınlarının boşaldılması və yüklərin qəbul prosesində iştirak
etmək;
Malların çeşidlənməsi, sayılması və müşayiətedici sənədlərə
uyğunluğunun yoxlanılması;
Qəbul edilmiş malların müəyyən olunmuş
qaydalara uyğun şəkildə anbara yerləşdirilməsi;
Anbara daxil olan və
anbardan çıxan malların hərəkətinə nəzarət etmək;
Malların təhlükəsiz və
səmərəli yerləşdirilməsini təmin etmək;
Satış komandalarının sorğuları
əsasında tələb olunan malları operativ şəkildə tapmaq və təqdim etmək;
Anbar daxilində səliqə-sahmanın və iş zonasının düzgün təşkilinin təmin
edilməsi;
Anbar ehtiyatlarının düzgün idarə olunmasına dəstək
olmaq;
İnventarizasiya və digər anbar əməliyyatlarında iştirak
etmək;
Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət
etmək.
Tələblər
Fiziki cəhətdən sağlam və aktiv olmaq;
Məsuliyyətli və intizamlı olmaq;
Operativ və
diqqətli işləmək bacarığı;
Komanda ilə işləmək
bacarığı;
Anbar və ya logistika sahəsində əvvəlki iş təcrübəsi
üstünlükdür, lakin məcburi deyil.
JYSK-da təhlükəsizlik bizim üçün prioritetdir. Əməkdaşlar iş
təhlükəsizliyi və erqonomik iş üsulları üzrə müvafiq təlimatlar alırlar.
Biz nə təklif edirik?
Əmək haqqı: 650 AZN + bonus
İş qrafiki:
növbəli, 6 günlük iş həftəsi
İş yeri: JYSK (Yeni Yasamal və Crescent Mall
filialları)
Stabil və beynəlxalq şirkətdə çalışma imkanı, karyera
yüksəlişi.
Peşəkar və komanda yönümlü iş mühiti
Maraqlanan namizədlər CV-ləriniMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər.
Məktubun mövzu hissəsində “Yükləyici – Anbar əməkdaşı” (Yasamal yaxud
Crescent mall )qeyd etməyiniz xahiş olunur.
JYSK komandasına qoşulun!
Birlikdə daha güclü nəticələr yaradaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
