Vakansiya haqqında
Təsvir
İstehsalat və Texnologiya tərəfi:
İstehsalat təcrübəsi ilə nəzarət: Təmizlik kateqoriyasındakı (maye
qab yuyan, yuyucu tozlar, kağız vasitələri, uşaq bezləri və ümumi təmizlik vasitələri xlor və.s) məhsulların
istehsalat sahələrini, zavod daxili xətlərini və texnologiyasını dərindən bilməklə, tərəfdaş fabriklərin istehsal
prosesinə peşəkar nəzarət etmək.
Reseptura və Kimyəvi
daxilolma: Məhsulların kimyəvi komponentlərini, aktiv maddə faizlərini və formulunu (resepturasını)
mükəmməl bilmək, fabrikin təqdim etdiyi keyfiyyətin standartlara uyğunluğunu (pH, qatılıq, qoxu və s.) texnoloji
cəhətdən yoxlamaq.
Xammal auditi: Xammal növlərini və
bazar qiymətlərini təhlil edərək, istehsalçı ilə texniki kommunikasiya qurmaq və gizli keyfiyyət azalması
risklərinin qarşısını almaq.
Satınalma və Kommersiya tərəfi:
Strateji satınalma: Təmizlik kateqoriyası üzrə satınalma
strategiyasını qurmaq, kommersiya baxımından şirkətə ən yuxarı gəlirliliyi (marjanı) təmin
etmək.
Müqavilə və Qiymət danışıqları: İstehsalçı
fabriklərlə qiymət, ödəniş şərtləri, logistika və tədarük zənciri müqavilələrini ən optimal kommersiya şərtləri ilə
bağlamaq.
Maya dəyərinin (Cost) idarə edilməsi: İstehsal
xərclərini təhlil edərək əsaslandırılmış və optimal maya dəyərini formalaşdırmaq.
İş qrafiki: 5 günlük, 09:00-18:00
Tələblər
Təhsil: Ali təhsil (Kimya mühəndisliyi, Kimya texnologiyası və ya
müvafiq texniki sahə mütləqdir).
Təcrübə:
mütəxəssisi kimi işləmiş (keçmiş təcrübəsi olan);
Pərakəndə satış (Retail) və ya FMCG sektorunda Satınalma / Kateqoriya idarəedilməsi sahəsində(
Təmizlik/Məişət kimyası sahəsində birbaşa istehsalatda/zavodda texnoloq istiqamətində ) minimum 5 il, 2 il
rəhbər vəzifədə olmaqla iş təcrübəsi,
Sektor və Bazar Biliyi: Həm pərakəndə sektorunu (müştəri tələbi, rəf
idarəçiliyi), həm də kimya sənayesinin istehsalat qaydalarını eyni dərəcədə yaxşı bilmək.
Keyfiyyət və kimyəvi təhlükəsizlik: ISO 9001, ISO 22716, MSDS/SDS idarə
olunması, kimyəvi təhlükə analizi prinsipləri, sanitariya-gigiyena, məhsulun fiziki-kimyəvi keyfiyyət göstəriciləri
üzrə praktiki biliklərə malik olmaq.
Dil Bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və ya Rus dili
(mütləqdir).
Şəxsi Keyfiyyətlər:Strateji düşünmə və planlaşdırma,liderlik və komanda
idarəetmə bacarığı, analitik düşüncə və qərarvermə
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar təminatı
Nəqliyyat
xidməti.
Karyera yüksəlişi
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
