Vakansiya haqqında
Namizədə olan tələblər:
Ali təhsil;
Digital marketinq sahəsində
minimum 1 il iş təcrübəsi;
Google Ads və Meta Ads reklam kampaniyalarının
idarə olunması və Google Analytics 4 və reklam nəticələrinin təhlili bacarığı;
Lead generation və sosial media idarəçiliyi üzrə biliklər;
SEO və rəqəmsal marketinq alətləri haqqında baza bilikləri;
Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilmək;
Regionlara ezamiyyətə hazır olmaq.
Vəzifə öhdəlikləri:
Şirkətin digital marketinq strategiyasını hazırlamaq və rəhbərliklə razılaşdırılmış
illik və aylıq planlar əsasında həyata keçirmək;
Google Ads
(Search, Display, YouTube) və Meta Ads (Facebook, Instagram) platformalarında reklam kampaniyalarını qurmaq,
idarə etmək və optimallaşdırmaq;
Traktor, kombayn, aqreqat və digər
texnikalar üzrə məhsul əsaslı və mövsümi (əkin, biçin) kampaniyalar planlaşdırmaq;
Lizinq, subsidiya və xüsusi təkliflər üzrə lead toplama kampaniyaları təşkil
etmək;
Reklamlardan daxil olan müraciətlərin CRM sisteminə (Bitrix24)
düzgün ötürülməsini təmin etmək və satış komandası ilə lead keyfiyyətini izləmək;
Reklam büdcəsini planlaşdırmaq, xərcləri nəzarətdə saxlamaq və büdcəni ən effektiv kanallar
arasında bölüşdürmək;
Google Analytics 4, Google Tag Manager və Meta
Pixel vasitəsilə sayt trafikini, istifadəçi davranışını və konversiyaları izləmək;
Kampaniyaların nəticələri (CTR, CPC, CPL, ROAS, konversiya) üzrə həftəlik və aylıq hesabatlar
hazırlamaq;
Saytın SEO göstəricilərini izləmək, axtarış sistemlərində
mövqelərin yaxşılaşdırılması üçün təkliflər vermək;
Sosial media
hesablarının strategiyasını müəyyən etmək və kontent planının icrasına nəzarət etmək;
Kopirayter, dizayner və videoqrafla birlikdə reklam vizuallarının və mətnlərinin
hazırlanmasını koordinasiya etmək;
A/B testləri aparmaq (reklam mətnləri,
vizuallar, landing page-lər) və nəticələrə əsasən kampaniyaları təkmilləşdirmək;
E-poçt, SMS və WhatsApp vasitəsilə müştərilərə yönəlik kampaniyalar təşkil
etmək;
Sərgi, festival və regional tədbirlərin digital təbliğatını həyata
keçirmək;
Rəqib şirkətlərin digital fəaliyyətini və bazar
tendensiyalarını müntəzəm təhlil etmək;
Yeni digital alətləri və
imkanları araşdırmaq, şirkətdə tətbiqinə dair təkliflər vermək
İş şərtlərimiz:
Əmək haqqı: müsahibə əsasında;
İş
qrafiki: Tam iş günü (5 gün);
İş saatları:
08:30-17:30;
Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci
bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Rəqəmsal
Marketinq üzrə Mütəxəssis” yazaraqMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri
və yahttps://careers.ram.az/?vacancy=2647&source=UC_HBS8ZIlinki vasitəsilə müraciət etmələri xahiş
olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
