Vakansiya haqqında
İş yeri: Bakı, Azərbaycan
İş rejimi: Tam iş günü
Vəzifənin məqsədi
Təhlükəsizlik ayaqqabıları, xüsusi iş geyimləri və digər fərdi mühafizə
vasitələrinin korporativ müştərilərə satışını həyata keçirmək, yeni müştərilər cəlb etmək və mövcud müştərilərlə
uzunmüddətli əməkdaşlıq qurmaq.
Əsas vəzifə öhdəlikləri
Neft-qaz, tikinti, sənaye, istehsalat, logistika və digər sahələrdə fəaliyyət
göstərən şirkətləri müəyyən etmək və yeni müştərilər cəlb etmək.
Korporativ müştərilərlə görüşlər keçirmək, onların ehtiyaclarını müəyyənləşdirmək və uyğun
məhsullar təklif etmək.
Təhlükəsizlik ayaqqabıları, xüsusi iş geyimləri,
dəbilqələr, əlcəklər, qoruyucu eynəklər və digər FMV məhsullarının satışını həyata keçirmək.
Kommersiya təklifləri, qiymət hesablamaları və satış müqavilələri
hazırlamaq.
Tenderlərdə, satınalma müsabiqələrində və korporativ
satınalma proseslərində iştirak etmək.
Müştərilərlə danışıqlar aparmaq,
qiymət və ödəniş şərtlərini razılaşdırmaq.
Müştəri bazasını
genişləndirmək və CRM sistemində məlumatları vaxtında yeniləmək.
Satış
planlarının və aylıq/illik hədəflərin yerinə yetirilməsini təmin etmək.
Bazar, rəqiblər və müştərilərin tələbləri barədə məlumat toplamaq.
Sifarişlərin icrasını, çatdırılmanı və ödənişlərin vaxtında həyata keçirilməsini aidiyyəti
şöbələrlə koordinasiya etmək.
Namizədə olan tələblər
Ali təhsil arzuolunandır.
Müvafiq sahə
üzrə B2B satış sahəsində minimum 3–5 il iş təcrübəsi.
Sənaye məhsulları,
təhlükəsizlik geyimləri, fərdi mühafizə vasitələri və ya texniki məhsulların satışında təcrübə
üstünlükdür.
Yeni müştərilərin müstəqil şəkildə tapılması və satış
imkanlarının yaradılması bacarığı.
Korporativ müştərilərlə, satınalma və
təchizat şöbələri ilə danışıqlar aparmaq bacarığı.
Kommersiya
təkliflərinin, qiymət cədvəllərinin və hesabatların hazırlanması bacarığı.
MS Office proqramlarında işləmək bacarığı; CRM təcrübəsi üstünlükdür.
Azərbaycan dilində sərbəst ünsiyyət; rus və ingilis dillərini bilmək
üstünlükdür.
Güclü ünsiyyət, təqdimat, inandırma və danışıqlar aparmaq
bacarığı.
Nəticəyönümlülük, məsuliyyətlilik və müstəqil işləmək
bacarığı.
Ezamiyyətlərə və müştəri görüşləri üçün səfərlərə hazır
olmaq.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu hissəsində “Satış
meneceri” qeyd edərək CV-ləriniMüraciət
etdüyməsində qeyd olunan elektron ünvanına göndərə
bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
