Vakansiya haqqında
Yerli istehsal sektorunda fəaliyyət göstərən karton qutu, qablaşdırma məhsullarının
istehsalı üzrə ixtisaslaşan müəssisəmiz satış komandasına rəhbərlik edəcək, yeni biznes imkanları yaradacaq və
satışların davamlı artımını təmin edəcək Satış rəhbəri axtarır.
Bizim üçün satış yalnız məhsulun təqdimatı deyil, müştəri portfelinin genişləndirilməsi,
uzunmüddətli əməkdaşlıqların qurulması və istehsal potensialının kommersiya nəticələrinə çevrilməsidir.
Əsas vəzifə öhdəlikləri
Müəssisənin satış strategiyasının hazırlanması və icrasının təmin
edilməsi;
Yeni korporativ müştərilərin cəlb edilməsi və mövcud müştəri
portfelinin genişləndirilməsi;
Qida, içki, kənd təsərrüfatı, pərakəndə
ticarət və digər sahələrdə qablaşdırma məhsullarına ehtiyacı olan şirkətlərlə əməkdaşlığın
qurulması;
Müştəri tələblərinin, sifariş həcmlərinin və bazar
imkanlarının təhlili;
Qiymət təkliflərinin, kommersiya şərtlərinin və
satış müqavilələrinin hazırlanması prosesinə rəhbərlik;
Satış
planlarının, gəlirlilik göstəricilərinin və debitor borclarının idarə olunması;
Müştəri sifarişlərinin istehsal imkanları, istehsal müddətləri və çatdırılma qrafikləri ilə
uzlaşdırılması;
Rəqiblərin, bazar qiymətlərinin və yeni satış
kanallarının mütəmadi təhlili;
Satış komandasının idarə edilməsi,
hədəflərin müəyyənləşdirilməsi və nəticələrin qiymətləndirilməsi;
Rəhbərliyə satış nəticələri və bazarın inkişaf perspektivləri üzrə müntəzəm hesabatların
təqdim edilməsi.
Namizədə tələblər
Ali təhsil;
Satış sahəsində minimum 5 il
iş təcrübəsi, bunun ən azı 2–3 ili rəhbər vəzifədə;
Yerli
istehsal müəssisəsində, xüsusilə qablaşdırma, karton qutu, poliqrafiya, kağız məhsulları və ya digər sənaye
məhsullarının B2B satışında təcrübə üstünlük deyil, əsas seçim meyarlarından biri hesab
olunur;
Korporativ müştərilərlə danışıqlar aparmaq və
uzunmüddətli əməkdaşlıqlar qurmaq bacarığı;
Satış planlaması,
qiymətqoyma, kommersiya təklifləri və gəlirlilik hesablamaları üzrə biliklər;
Debitor borclarına nəzarət və satış risklərinin idarə edilməsi bacarığı;
Analitik düşüncə, liderlik, nəticəyönümlülük və yüksək ünsiyyət
bacarıqları;
MS Excel və satış hesabatları ilə işləmək
bacarığı.
Uğur göstəriciləri
Satış həcminin və gəlirliliyin artırılması;
Yeni korporativ müştərilərin cəlb edilməsi;
Mövcud
müştərilərlə əməkdaşlığın davamlılığının təmin edilməsi;
Satış planının
yerinə yetirilməsi;
Debitor borclarının və satış rentabelliyinin effektiv
idarə olunması.
Təklif edirik
İnkişaf və yeni biznes imkanları yaratmaq üçün real
səlahiyyətlər;
Nəticələrə uyğun rəqabətqabiliyyətli əməkhaqqı və bonus
sistemi;
Peşəkar və dinamik iş mühiti;
Müəssisənin kommersiya inkişafına birbaşa təsir göstərmək imkanı.
CV-nizi “Satış rəhbəri” başlığı iləMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına təqdim
edin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
