Vakansiya haqqında
Vəzifə funksiyaları
Satış hədəflərinin hazırlanmasında iştirak etmək, hədəfləri komanda üzvlərinə düzgün
şəkildə bölüşdürmək və icrasına nəzarət etmək;
Onlayn satışların
artırılması və satış proseslərinin optimallaşdırılması üzrə təkliflər hazırlamaq və rəhbərliyə təqdim
etmək;
Şirkətin veb-saytları üzrə trafik göstəricilərini izləmək,
problemləri analiz etmək və aradan qaldırılmasına nəzarət etmək;
Gündəlik
satış nəticələrini təhlil etmək, KPI göstəriciləri üzrə analizlər aparmaq və hesabatlar
hazırlamaq;
Brendlər üzrə bazar araşdırmaları aparmaq və rəqabət mühitini
analiz etmək;
Sayt üzərindən daxil olan sifarişləri izləmək, stok
idarəçiliyi və çatdırılma proseslərinin effektivliyinə nəzarət etmək.
Tələblər
E-commerce və ya onlayn satış sahəsində iş təcrübəsi;
Güclü analitik düşüncə və məlumatlarla işləmə qabiliyyəti;
Effektiv ünsiyyət və təqdimat bacarıqları;
Problemləri operativ şəkildə analiz edib həll etmə bacarığı;
Google Analytics və digər analitik alətlərlə işləmə bacarığı;
CRM sistemləri ilə iş təcrübəsi üstünlükdür.
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
