Vakansiya haqqında
İşin təsviri:
Mobifon Electronics komandası üçün sosial media platformalarının idarə olunması,
məhsulların tanıdılması və müştəri cəlbi istiqamətində fəaliyyət göstərəcək kreativ və ünsiyyətcil əməkdaş
axtarılır.
Vəzifə öhdəlikləri:
TikTok, Instagram və Facebook hesablarının aktiv idarə
olunması;
TikTok platformasında mütəmadi canlı yayımların
keçirilməsi;
Canlı yayımlarda iPhone və digər elektronika məhsullarının
təqdimatı və reklamı;
Məhsulların satışını stimullaşdıran kontentlərin
hazırlanması;
Sosial media hesablarının aktivliyinin və izləyici sayının
artırılması;
Potensial müştərilərin cəlb edilməsi və müraciətlərin
yönləndirilməsi;
Reklam və tanıtım kampaniyalarının həyata
keçirilməsi.
Namizədə tələblər:
TikTok, Instagram və Facebook platformalarını yaxşı bilmək;
Kamera qarşısında sərbəst danışmaq və canlı yayım aparmaq bacarığı;
Yüksək ünsiyyət və təqdimat qabiliyyəti;
Kreativ
düşüncə və təşəbbüskarlıq;
Satış yönümlü yanaşma;
Sosial media sahəsində iş təcrübəsi mütləqdir
Özünü kamera qarşısında rahat ifadə edən, auditoriyanın diqqətini cəlb etməyi bacaran,
məhsulları maraqlı təqdim edən və sosial media vasitəsilə satışların artmasına töhfə verə biləcək
əməkdaş.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
