Vakansiya haqqında
Nə təklif edirik?
“Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
Könüllü tibbi siğorta (ailə paketi);
Peşəkar
komanda ilə işləmək fürsəti;
İşçinin inkişafı üçün təlim, tədris
proqramları.
Vəzifə öhdəlikləri:
Layihə cizgiləri və texniki sənədlər əsasında iş həcmlərinin hesablanması (Quantity
Take-Off) və BOQ (Bill of Quantities) hazırlanması;
Cizgi və texniki
sənədlərlə smeta məlumatlarının müqayisə edilməsi;
Təqdim olunmuş
smetalarda iş həcmlərinin, material və avadanlıqların, tətbiq edilmiş qiymətlərin və digər xərclərin təhlil
edilməsi;
İnşaat, elektrik, mexaniki, HVAC, santexnika, zəif axın və
digər mühəndislik işləri üzrə smetaların qiymətləndirilməsi;
Hazırlanmış
smeta sənədlərinin texniki və maliyyə baxımından qiymətləndirilməsi;
Smeta üzrə qiymətlərin bazar qiymətləri ilə müqayisə edilərək əsaslandırılmış
qiymətləndirmənin aparılması;
Podratçılar tərəfindən təqdim olunan
smeta və kommersiya təkliflərinin obyektiv və müqayisəli şəkildə qiymətləndirilməsi;
Layihənin ilkin büdcəsinin və hazır smeta əsasında ehtimal olunan yekun dəyərinin
müəyyənləşdirilməsi.
Namizədə aid tələblər:
Ali təhsil – İnşaat mühəndisliyi, Smeta mühəndisliyi, İnşaat iqtisadiyyatı,
Mühəndislik iqtisadiyyatı və ya digər müvafiq mühəndislik ixtisası üzrə
Müvafiq sahə üzrə minimum 7 il iş təcrübəsi;
Smeta,
büdcə hesablamaları, BOQ və iş həcmləri (Quantity Take-Off) üzrə bilik və praktiki təcrübə;
İnşaat, elektrik, mexaniki, HVAC, santexnika və digər mühəndislik sistemləri üzrə praktiki
bilik;
MS Office, xüsusilə Excel, Google Sheets, Power BI və AutoCAD
proqramlarında işləmə bacarığı.
İş şəraiti:
İş rejimi: 5 günlük;
İş yeri: Bakı
(işin tələbinə uyğun olaraq namizəd Azərbaycan Respublikasının müxtəlif rayonlarına ezam
olunacaq).
Hörmətli namizəd, xahiş edirik CV formanızı mövzu bölməsində “Smeta
mühəndisi” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
