Vakansiya haqqında
İş şəraiti
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu
İş qrafiki: 6 günlük (Bazar ertəsi – Cümə: 09:00–18:00; Şənbə:
10:00–15:00)
Əməkhaqqı: Müsahibə əsasında (namizədin
bilik və bacarıqlarına uyğun)
İş barədə məlumat (Öhdəliklər)
Şirkətin ümumi marketinq strategiyasının hazırlanmasında və həyata keçirilməsində
iştirak etmək;
Şirkətin sosial media hesablarının (Instagram, Facebook,
LinkedIn və s.) idarə olunması, kontent-planın hazırlanması və cəlbedici paylaşımların təşkili;
Brendin tanınırlığının artırılması məqsədilə rəqəmsal və ənənəvi marketinq kampaniyalarının
planlaşdırılması və icrası;
Bazarın, rəqiblərin təhlili və yeni marketinq
trendlərinin izlənilməsi;
Şirkətin tədbirlərinin, reklam və promo
aksiyalarının təşkili;
Veb-sayt və digər reklam materialları üçün
mətnlərin (kopiraytinq) hazırlanması;
Görülən işlər və marketinq
kampaniyalarının nəticələri barədə rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi;
Müxtəlif müqavilə, hesab və texniki sənədlərin təhlili, məlumatların strukturlaşdırılması və
uyğunsuzluqların müəyyən edilməsi;
Məlumatların analitik təhlili və
nəticələrin qiymətləndirilməsi.
Namizədə olan tələblər
Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi, İqtisadiyyat və ya əlaqədar sahələr
üzrə);
Müvafiq sahə üzrə azı 1–3 il iş təcrübəsi;
Analitik düşünmə və mürəkkəb sənədləri qısa müddətdə təhlil etmək
bacarığı;
Riyazi-analitik təfəkkür, məntiqi ardıcıllıq qurmaq və
detallardakı uyğunsuzluqları müəyyən etmək qabiliyyəti;
Kompüterdən
inamlı istifadə bacarığı və yeni proqram təminatını sürətlə mənimsəmək;
MS Office proqramları, xüsusilə Excel üzrə biliklər (IF, SUMIF, VLOOKUP, Pivot Table və
s.);
Rəqəmsal sistemlər, süni intellekt alətləri və veb platformalarla
işləmək bacarığı;
Rəqəmsal marketinq alətləri (SMM, Meta Ads, Google Ads
əsasları) üzrə biliklər;
Azərbaycan dilində səlis danışıq və yazı
qabiliyyəti (rus və ingilis dili bilikləri arzuolunandır);
Kreativ
yanaşma, təşəbbüskarlıq və komandada işləmək bacarığı;
Nəticəyönümlülük
və yüksək məsuliyyətlilik;
INCOTERMS 2020 şərtləri, təchizat zənciri,
beynəlxalq ticarət və iqtisadiyyat üzrə ümumi biliklər üstünlükdür;
Milli
normativ hüquqi aktlar haqqında ümumi biliklər üstünlükdür.
Əlavə tələblər:
Xanım namizəd;
Yaş aralığı:
22–27;
Boy: 1.75 m-dən yuxarı;
Şirkətin reklam çəkilişlərində şirkət üzü kimi iştirak etmək.
Təkliflərimiz
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi
rəsmiləşdirmə;
Korporativ nömrə təminatı;
Peşəkar komandada inkişaf və karyera imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində Marketinq
və Data Analitika üzrə mütəxəssis qeyd etməkləMüraciət
etdüyməsində qeyd olunan elektron ünvanına göndərə
bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
