Vakansiya haqqında
İdman sahəsində fəaliyyət göstərən təşkilat üçün 2 aylıq müddətinə Ofis
meneceraxtarılır. Vakansiya analıq məzuniyyətində olan əməkdaşın müvəqqəti əvəz edilməsi məqsədilə elan
olunur.
Vəzifə öhdəlikləri:
Gündəlik ofis fəaliyyətinin koordinasiyası;
Rəsmi məktub və e-mail yazışmalarının aparılması;
Sənədlərin hazırlanması, arxivləşdirilməsi və sistemləşdirilməsi;
Məlumat axınının izlənməsi və müxtəlif şöbələrlə koordinasiyanın təmin
edilməsi;
Tərcümə işlərinin həyata keçirilməsi;
Görüş və tədbirlərin təşkili, inzibati dəstəyin göstərilməsi.
Tələblər:
Ali təhsil;
Azərbaycan dilində sərbəst
yazılı və şifahi ünsiyyət bacarığı;
Rus və İngilis dili biliyi (minimum
intermediate səviyyəsində) üstünlükdür;
MS Office proqramları (Word,
Excel) ilə işləmək bacarığı;
Yüksək təşkilatçılıq və planlaşdırma
bacarığı;
Məsuliyyətli, dəqiq və təşəbbüskar olmaq;
Komandada işləmək və müxtəlif şöbələrlə effektiv əməkdaşlıq bacarığı.
Biz nə təklif edirik:
Rəqabətqabiliyyətli əmək haqqı;
Dinamik
və sürətli iş mühiti;
Müxtəlif inzibati proseslərdə iştirak və praktiki
təcrübə qazanmaq imkanı.
İş şərtləri:
Müqavilənin müddəti: 2 ay ( analıq məzuniyyətində olan əməkdaşın müvəqqəti
əvəz edilməsi);
İş vaxtı: 09:00 – 18:00
İş günləri: 5/2
Əmək haqqı: müsahibə əsasında
müəyyən ediləcək
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd
etməkləMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd:Yalnız tələblərə uyğun gələn və növbəti mərhələyə keçən
namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
