Vakansiya haqqında
Əsas vəzifə
öhdəlikləri:
Zəncirli ekskavatorun təhlükəsiz, səmərəli və düzgün idarə olunmasını təmin
etmək;
Kvars qumu yatağında (karxanada) qazıntı, materialın çeşidlənməsi,
özüboşaldan yük maşınlarına yüklənməsi və sahə işlərini təlimatlara uyğun yerinə yetirmək;
İşə başlamazdan əvvəl texnikanın (mühərrik yağı, hidravlik maye, zəncir gərilməsi və mexaniki
hissələr) texniki vəziyyətini diqqətlə yoxlamaq;
Texnikanın gündəlik və
dövri yağlama (şprisləmə/mətələmə) işlərini müstəqil və vaxtında həyata keçirmək;
İş zamanı yaranan istənilən texniki nasazlığa və sahədəki gözlənilməz hallara çevik, adekvat
cavab vermək;
Aşkar edilmiş ciddi nasazlıqlar və ya risklər barədə dərhal
birbaşa rəhbərə məlumat vermək;
Texnikanın təmizliyini, düzgün
istismarını və yanacaq sərfiyyatına nəzarəti təmin etmək;
Texnikanın
istismarı zamanı əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına dəqiq riayət etmək.
Namizədə dair
tələblər:
Zəncirli ekskavatorun idarə edilməsi üzrə minimum 5 il iş
təcrübəsi;
Kvars qumu yataqlarında və ya karxanada iş təcrübəsinin olması
arzuolunandır;
Ekskavatoru idarə etmək üçün müvafiq sürücülük
vəsiqəsi və Sürücü-Operator sertifikatının olması mütləqdir;
Zəncirli ekskavatorların mexaniki və hidravlik quruluşu, texniki baxış qaydaları haqqında
dərin biliklər;
Gündəlik yağlama və texniki qulluq işlərini sərbəst icra
etmək bacarığı;
Sahədə yaranan problemlərə operativ və adekvat reaksiya
vermək bacarığı;
Məsuliyyətli, diqqətli, dözümlü və intizamlı
olmaq;
Komandada işləmək bacarığı.
İş şəraiti:
İş yeri: Bakı (Balaxanı)
İş günləri:
Həftədə 6 gün
Əməkhaqqı: Razılaşma yolu ilə
Şirkət tərəfindən nahar və xüsusi iş geyimi ilə təmin edilmə
Sınaq müddətindən sonra özəl tibbi sığorta
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
