Vakansiya haqqında
Namizədə dair gözləntilər və xüsusi tələblər:
Ali təhsil (Texniki və ya müvafiq sahə üzrə üstünlükdür);
Dil bilikləri- Azərbaycan dili səlis, ingilis dili və rus dili
arzuolunandır;
SƏTƏMM sahəsində azı 1-3 il iş
təcrübəsi;
MC Office proqramlarında sərbəst işləmək
bacarığı;
Azərbaycan Respublikasının əmək qanunvericiliyi, SƏTƏMM üzrə
ISO standartları (məsələn, ISO 45001, ISO 14001) və yerli normativ hüquqi aktlar barədə dərin
biliklər;
Müvafiq sahə üzrə beynəlxalq və ya yerli sertifikatların olması
üstünlükdür (NEBOSH, ISO və s.);
Güclü kommunikasiya, təqdimat və təlim
keçmə bacarıqları, analitik düşünmə qabiliyyəti və problem həll etmə bacarığı.
İş haqqında məlumat:
Şirkət daxilində əməyin təhlükəsizliyi, texniki təhlükəsizlik və yanğın
təhlükəsizliyi qaydalarının təmin edilməsi;
SƏTƏMM üzrə müvafiq
təlimatların hazırlanması, yenilənməsi və əməkdaşlara təlimlərin keçirilməsi;
İş yerlərində potensial risklərin qiymətləndirilməsi, aradan qaldırılması istiqamətində
tədbirlərin görülməsi;
Qanunvericiliyə və şirkət standartlarına uyğun
olaraq mütəmadi yoxlamaların və auditlərin aparılması;
Bədbəxt
hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması üzrə profilaktik tədbirlərin həyata keçirilməsi, baş verə
biləcək hadisələrin araşdırılması;
SƏTƏMM sahəsində dövlət
qurumları ilə əlaqələrin tənzimlənməsi və hesabatların vaxtında təqdim olunması.
İş şərtləri:
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
İş yeri: Bakı şəhəri, Akademik Həsən Əliyev küç 24
Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq
razılaşdırılacaqdır
İmtiyazlar: Könüllü tibbi sığorta;
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın
adını (SƏTƏMM üzrə mütəxəssis) qeyd edərək,Müraciət etdüyməsində qeyd
olunan elektron ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
